14 mar 12:13Oxunub: 199 |

Prezident İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyevin martın 14-də Parisdə rəsmi qarşılanma mərasimi olub.
Emtv.az report-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Parisin Veteranlar meydanında yerləşən Ordu Muzeyinə gəlib.
Dövlət başçısını Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol qarşılayıb.
Ordu Muzeyinin yerləşdiyi Veteranlar meydanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.
Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib.
Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Emtv.az/L.Xubyarzadə
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1231
XƏBƏR LENTİ

Reklam
Məzənnə