Türkiyədə helikopter qülləyə çırpıldı- 7 nəfər öldü (Yenilənib + Video) » EMTV.az
10 mar 11:57Oxunub: 188 |

Türkiyədə helikopter qülləyə çırpıldı- 7 nəfər öldü (Yenilənib + Video)

Türkiyədə helikopter qülləyə çırpıldı- 7 nəfər öldü (Yenilənib + Video)
Türkiyədə helikopter qəzası nəticəsində 7 nəfər həlak olub.

Emtv.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, helikopterdə olan 2 pilot, 5 sərnişindən heç biri sağ qalmayıb. Onlardan 3-ü Türkiyə, 4 nəfər isə Rusiya vətəndaşıdır.

Faktla bağlı araşdırma aparılır.

***

13:27

Türkiyədə helikopter qəzaya uğrayıb.

Emtv.az xarici KİV-lərə istinadən xəbər verir ki, İstanbul Beylikdüzündə TÜYAP avtomobil dayanacağı yanına bir yanğınsöndürmə helikopteri düşüb. Helikopterin qülləyə çırpılaraq düşdüyü bildirilir. İlkin ehtimala görə, helikopterdə biri pilot olmaqla 7 nəfər olub, onlardan 5 nəfəri hləak olub.

Hadisə yerinə 10 yanğınsöndürmə və xilasetmə maşını cəlb edilib. Hazırda yanğını söndürmək üçün xüsusi tədbirlər görülür.

Emtv.az


Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyinin təşkilatçılığı ilə "EsmaMedia TV" İnternet kanalında Azərbaycan Mətbuatının yaranmasının 143-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR
Oxunub: 1327
XƏBƏR LENTİ

Reklam
Məzənnə