SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Z.Məmmədov C.Qurbanov haqda mediaya məlumatlar sızdırır, sosial şəbəkələrdə səhifə açdırıb əleyhinə təbliğat işi aparır

9-03-2017, 14:10 | Oxunub: 8 004 |

Z.Məmmədov C.Qurbanov haqda mediaya məlumatlar sızdırır, sosial şəbəkələrdə səhifə açdırıb əleyhinə təbliğat işi aparır
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov bir vaxtlar can deyib, can eşidən kadrı ilə ədavəti davam etdirir.
Emtv.az-ın anaxeber.az-a istinadən verdiyi məlumata görə, sabiq nazir “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanov əleyhinə media kampaniyasına başlayıb.
Eks-nazir keçmiş sağ əli ilə açıq şəkildə kompromat savaşındadır. Z.Məmmədov C.Qurbanov haqda mediaya məlumatlar sızdırır, sosial şəbəkələrdə səhifə açdırıb əleyhinə təbliğat işi aparır.
Məsələn, “Xəbərimiz var” adlı Feysbuk səhifəsində baş dəmiryolçu haqda müxtəlif materiallara rast gəlmək olar. İddialara görə, bu kampaniyanın arxasında keçmiş nazir dayanır.

Z.Məmmədovun vaxtilə ən mühüm kadrlarından olmuş C.Qurbanovun sonra ayrı siyasi klanda təmsil olunması və naziri “vurması” münasibətləri düşmənçilik həddinə çatdırdı. Ona görə də uzun müddətdir ki, tərəflər arasında qovğa dayanmır.
Z.Məmmədovun vəzifədən kənarlaşdırılmasından sonra qırğın yeni müstəviyə keçib və eks-nazirin nəzarətində olan media emissarları C.Qurbanovla bağlı məlumatlar yayırlar.


Eyni zamanda Feysbuk kampaniyasına səfərbər olunmuş qüvvələr konkret olaraq C.Qurbanovu hədəfə alıb. Yuxarıda adını çəkdiyimiz Feysbuk səhifəsində paylaşımların demək olar ki, hamısı C.Qurbanov haqda müxtəlif saytlarda gedən yazılardır.
Z.Məmmədov bu yolla C.Qurbanovdan qisas almağa çalışır. Onun bu cəhdlərinin nə dərəcə uğurlu olduğunu söyləmək çətindir, amma keçmiş şərikinin qanunsuz əməlləri haqda müfəssəl bilgilər var və onları sızdırır.
İddia olunur ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin olunandan az sonra mətbuata verdiyi açıqlamalar Ziya Məmmədovu hiddətləndirib.

Cavid Qurbanov həmin açıqlamaları da “Azərbaycan Dəmir Yolları” QSC-dəki nöqsanlarla bağlı olub. O, həmçinin qurumda kompleks yoxlamalar başlayıb. O, yoxlamaların nəticəsini “yuxarılar”a təqdim edib.
Bundan sonra Ziya Məmmədovun göstərişilə Cavid Qurbanovun “Azəryolservis” ASC-nin rəhbəri olduğu dövrlə bağlı araşdırmalara başlanılıb və baş dəmiryolçu barədə kompromat məqalə hazırlanıb. Həmin məqalə Ziya Məmmədova yaxın saytlara ötürülməliymiş.
Lakin hansısa səbəbdən Ziya Məmmədov son anda qərarını dəyişib. İndisə nazir deyil, adi vətəndaş olan Məmmədov Qurbanovla olan köhnə ədavətin yeni səhifəsini açıb. Əslində, bu qarşıdurma maliyyə naziri Samir Şərifovla keçmiş bankir Cahangir Hacıyevin davasına oxşayır.
Onlar da müxtəlif qanunsuz işlərdə əlbir olublar, elə ki bankir həbs olunub, nazir ona qarşı mediada qara piar başladıb. Z.Məmmədovla C.Qurbanovun da korrupsiya əməlləri ortaq olub və mətbuat illərlə davamlı olaraq yazıb.


Amma heç bir reaksiya verilməyib. Bu gün onların toqquşmaları yalnız intiqam almaq məqsədi daşıyır. Çünki C.Qurbanov Z.Məmmədovu siyasi baxımdan arxadan vurub. QSC sədrinin indi hakimiyyətdəki mövqeyi möhkəmlənib və Z.Məmmədovun nazir vəzifəsindən gedişində onun da xidmətlərinin olduğu bildirilir.
Zaman-zaman C.Qurbanova yaxın mediada nazir əleyhinə yazılar dərc olunub, özü çıxışlarında Nəqliyyat Nazirliyini dolayısı ilə ittiham edib. Z.Məmmədovun Feysbukdakı kampaniyası da C.Qurbanova iynələməkdir.
C.Qurbanovun vaxtilə dəmir yol idarəsində işləyərkən həyata keçirdiyi dəhşətli maxinasiyaların üstü açılıb.
Belə ki, dəmir yolu relslərinin və şpalların yenilənməsi adı altında faktiki olaraq dəyişilməyən avadanlıqlar dəyişibmiş kimi sənədləşdirilməklə külli miqdarda vəsaitlər silinib.

RF-də fəaliyyət göstərən və həmin vaxt qeydiyyatı ləğv edilmiş “Cİ-AYMARKET” MMC-nin direktoru Elyar Dəmirovun vasitəsi ilə “Sigma & co” firması ilə 14 milyon manatlıq maliyyə əməliyyatı edilib və sonuncu MMC-nin direktoru Eldar Məmmədova çatacaq “pay” ünvana çatdırılmayıb.
Çirkli pul olduğu üçün məsələnin hüquq-mühafizə orqanları müstəvisində həlli mümükünsüz olması səbəbindən Eldar Məmmədov cinayət aləmində həmin vaxt tanınmış simalardan olan “Naxçıvanlı Kəramət” vasitəsi ilə Cavid Qurbanova təzyiq etdirməyə başlayıb.
“Razborka” üçün görüş də təyin edilib. Məhşur “40 pilləkən” deyilən ərazidə problemli tərəfi gözləyən Eldar Məmmədov və “Lotu Kəramət” Qurbanovun həmin söhbətə tək deyil, gənc bir oğlanla gəldiyini görüb.
Söhbət bir neçə dəqiqə keçməmiş silahlı insidentə çevrilir və ora gətilirən həmin gənc oğlanın tapançasından açdığı güllə ilə Kəramət yaranalır.
Məsələyə müdaxilə edən hüquq-mühafizə orqanları Kəraməti və həmin gənc oğlanı həbs edirlər. O, məhkəmənin qərarı ilə psixi müalicəyə göndərilərək məsuliyyətdən azad olunur.

Bu informasiya, C.Qurbanovun saytları haqda materiallar və s. məqalələr Z.Məmmədovun açdırdığı Feysbuk səhifəsində yayımlanır və səhifənin tək hədəfi C.Qurbanovdur.
Buna baş dəmiryolçunun cavabının necə olacağı isə yaxın vaxtlarda bilinəcək. Hər halda eks-nazirə cavab gecikməyəcək. C.Qurbanovun özünə yaxın mediada kampaniya başlatması kifayət qədər real görünür. Mövzu ilə bağlı yeni məlumatlar araşdırırıq.
Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR