09 mar 13:39Oxunub: 224 |

Muxtar Respublikanın enerji təhlükəsizliyi təmin edilmişdir

Muxtar Respublikanın enerji təhlükəsizliyi təmin edilmişdir
Elektrik enerjisi cəmiyyətin, hər hansı bir ölkənin tərəqqisində, sosial-iqtisadi inkişafında mühərrik rolunu oynayan mühüm amildir. Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir, müasir elektrik stansiyaları yaradılır, maddi-texniki baza gücləndirilir. Bu istiqamətdə 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir.

Muxtar respublikanın əlverişli iqlim şəraiti və coğrafi mövqeyi ekoloji cəhətdən təmiz, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açmış, 2006-cı ildə Şahbuz rayonunda Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ildə Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2”

Muxtar Respublikanın enerji təhlükəsizliyi təmin edilmişdir

Su Elektrik stansiyaları, 2015-ci ildə Babək rayonunda 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Əgər 1995-ci ildə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 8-ə çatdırılmışdır. 1995-ci ildə muxtar respublikada 111 milyon 500 min kilovat-saat elektrik enerjisi istehsal olunmuşdursa, 2016-cı ildə bu göstərici 4 dəfə artaraq 437 milyon 917 min kilovat-saata çatdırılmışdır. Yeni yaradılmış güclər daxili istehlakı tam ödəməklə yanaşı, muxtar respublikanı enerji ixrac edən regiona çevirmişdir.
2016-cı ildə muxtar respublikada istehsal olunan elektrik enerjisinin 204 milyon 321 min kilovat-saatı və ya 46,6 faizi su elektrik stansiyalarında, 203 milyon 939 min kilovat-saatı və ya 46,6 faizi istilik elektrik stansiyalarında, 29 milyon 657 min kilovat-saatı və ya 6,8 faizi isə Günəş elektrik stansiyasında istehsal edilmişdir. Alternativ və bərpa olunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalın 53,4 faizini təşkil etmişdir.
Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək”. Ölkə başçısının qeyd etdiyi kimi hazırda Ordubad rayonunda 36 meqavat gücündə su elektrik stansiyasının tikintisi, Naxçıvan Günəş Elektrik Stansiyasının gücünün artırılması və digər bu kimi mühüm tədbirlər muxtar respublikanın gələcəkdə enerji təhlükəsizliyinin tamamilə alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin olunmasına geniş imkanlar yaradacaqdır.


Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1377
XƏBƏR LENTİ

Reklam
Məzənnə