SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

7-03-2017, 12:32 | Oxunub: 10 617 |

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
Xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, diplomatik korpusun təmsilçiləri tərəfindən təbriklər gəlməkdə davam edir.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Türkiyənin TRT televiziya kanalının baş direktoru Şenol Göka, Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas” şirkətlərinin sədri Vardis Vardinoyannis və xanımı Marianna Vardinoyannis, “Aksoy Holding”in idarə heyətinin sədri Ərdal Aksoy, ABŞ konqresmeni, Azərbaycan-ABŞ Ticarət Palatasının həmsədri Bil Delahant, PwC-nin Mərkəzi və Şərqi Avropa üzrə baş icraçı direktoru Olqa Qriqer-Siddons, Azərbaycan-ABŞ Ticarət Palatasının həmsədri Reza Vəziri, Dünya Səhiyyə Təşkilatının Avropa bürosunun direktoru Jakab Jujanna təbrik ediblər.

Milli Məclisin sədri Oqtay Əsədov və parlamentin deputatları Fərəc Quliyev və Səməd Seyidov xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edənlər sırasındadırlar.

Ölkənin dövlət, elm və təhsil müəssisələrindən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “AzerQold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun sosiologiya kafedrasının müdiri Rəfiqə Əzimova, AMEA-nın Mərkəzi Kitabxanasının direktoru Leyla İmanova, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli, AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə, AMEA-nın Mərkəzi Kitabxanasının kollektivi, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov, “PwC Azerbaijan” şirkətinin ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayev, Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev, Memarlar İttifaqının sədri Elbay Qasımzadə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, “Azərcell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Həmçinin xarici ölkələrin Azərbaycandakı səfirlikləri və təmsilçiliklərindən – Roma Katolik Kilsəsinin apostol prefekturasının ordinarisi Vladimir Fekete, İran İslam Respublikasının səfiri Cahangirzadə Cavad da xanım Mehriban Əliyevaya Birinci vitse-prezident təyin olunması münasibətilə təbrik məktubları göndəriblər.

Bundan başqa, Azərbaycanın xarici ölkələrdəki səfirliklərindən –Litvadakı səfir Həsən Məmmədzadə, Tacikistandakı səfir Abbasəli Həsənov da Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Eyni zamanda, Azərbaycanın incəsənət xadimləri – “Xan Şuşinski fondu”nun rəhbəri Bəyimxanım Verdiyeva, Gəncə Dövlət Filarmoniyasının bədii-rəhbəri Fikrət Verdiyev, M Group Production-ın rəhbəri Murad Dadaşov da xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Həmçinin Azərbaycanın nazirləri – səhiyyə naziri Oqtay Şirəliyev, vergilər naziri Fazil Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə xanım Mehriban Əliyevaya Birinci vitse-prezident təyin olunması münasibətilə təbrik məktubları göndəriblər.

Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov da təbrik ediblər.

Eyni zamanda, ictimai təşkilatlar, siyasi partiyalar, mərkəzlər, dini icmalar və KİV-lərdən – Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Alban-Udi dini icmasının sədri Robert Mobili, Türkiyə Universitetləri Məzunları ictimai birliyinin sədri Çingiz Bayramov, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İsgəndərov da xanım Mehriban Əliyevaya Birinci vitse-prezident təyin olunması münasibətilə təbrik məktubları ünvanlayıblar.

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR