17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Vergilər Nazirliyinin Apelyasiya Şurası 11 müraciət üzrə inzibati araşdırma aparır
2016-cı il ərzində Vergilər Nazirliyinin Apelyasiya Şurasının icraatında 171 müraciət olub.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu müraciətlərin 5-i əvvəlki ildə, 166 müraciət isə 2016-cı il ərzində daxil olub.
İcraata götürülmüş müraciətlərdən 61-i səyyar vergi yoxlamaları, 42-si kameral vergi yoxlamaları, 28-i operativ vergi nəzarəti, 3-ü eyni zamanda həm kameral, həm də səyyar vergi yoxlamaları ilə bağlı olub.
64 müraciətin tam, 23 müraciətin isə qismən təmin olunması barədə müvafiq qərarlar qəbul edilib. Eyni predmet üzrə iddia ərizələrinə məhkəmə qaydasında baxıldığı üçün 15 müraciətin icraatına “İnzibati icraat haqqında” Qanunun 72.2-ci maddəsinə uyğun olaraq xitam verilib, 5 müraciət vergi ödəyicisi tərəfindən geri götürüldüyü üçün “İnzibati icraat haqqında” Qanunun 75.1.4-cü maddəsinə əsasən baxılmadan saxlanılıb. 20 müraciət “İnzibati icraat haqqında” Qanunun 80.1.1-ci maddəsinə əsasən təmin edilməyib.
20 müraciətə Şuranın eyni məzmunlu müraciətlər üzrə müvafiq qərarları olduğu üçün, 6 müraciətə baxılması zamanı müraciətlərin predmetinin aradan qalxdığı üçün, habelə 7 müraciətə isə təklif xarakterli olduğu üçün müvafiq məktublar göndərilib.
11 müraciət üzrə qanunvericiliyə uyğun olaraq inzibati araşdırma davam etdirilir.
Emtv.az