SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda bu kateqoriyadan olan həkimlərin maaşı artdı

2-03-2017, 12:30 | Oxunub: 7 229 |

Azərbaycanda bu kateqoriyadan olan həkimlərin maaşı artdı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrinin yeni prinsiplərlə maliyyələşməsi ilə əlaqədar olaraq “Pilot layihə çərçivəsində həkimlərin əmək haqlarına əlavələrin və mükafatların hesablanması və ödənilməsi” Qaydalarını təsdiq edib.

Emtv.az xəbər verir ki, bu barədə agentlikdən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilib. Belə ki, fevral ayından etibarən icbari tibbi sığorta sistemində çalışan həkimlərin əmək haqları iki hissədən ibarətdir: baza hissəsi və mükafat hissəsi.

Baza hissəsi üzrə həkimlərin əmək haqları artırılıb. Belə ki, Ginekologiya doğum şöbəsində, Reanimasiya şöbəsində, Cərrahiyyə şöbəsində, Endoskopiya ixtisası üzrə çalışan həkimlərin əmək haqları 540 manat, Uşaq şöbəsində, Uşaq Nevroloji Sanatoriyasında, Fizioterapiya şöbəsində, Terapiya şöbəsində, Vərəm şöbəsində, Yoluxucu xəstəliklər şöbəsində, Poliklinika şöbəsində, Hemodializ şöbəsində çalışan həkimlərin 240 manat, Təcili Tibbi Yardım Stansiyasında çalışan həkimlərin 200 manat, Radiologiya şöbəsinin həkimlərinin 740 manat, Ailə sağlamlıq mərkəzinin həkimlərinin isə 360 manat artırılıb.

Konkret nümunə təqdim edək. Tutalım, Cərrahiyə şöbəsində çalışan cərrah Nazirlər Kabinetinin qərarına əsasən 228 manat məbləğində əmək haqqı alır, icbari tibbi sığorta sistemində çalışan cərrahın əmək haqqı 540 manat artırıldıqda onun maaşı 768 manat məbləğində olacaq.

Şöbə rəhbəri vəzifəsi funksiyalarını yerinə yetirən həkimlərin iş yükünün və gərginliyinin nəzərə alınması məqsədilə onların əmək haqları qeyd edilən əlavələrin 15%-i həcmində artırılacaq.

Mükafat hissəsinə gəldikdə isə, bu, həkimin gündəlik normativdən yuxarı xəstə qəbul edib-etməməsindən asılıdır. Belə ki, həkimlərin fəaliyyətinin ölçülməsi və pul mükafatlarının verilməsi məqsədilə göstərdikləri tibbi xidmətlərə normativlər tətbiq olunur. Sözügedən normativlər həkimlər tərəfindən göstərilən fəaliyyətin effektivliyinin kəmiyyət baxımından aşağı və yuxarı həddini müəyyən edir.

Uşaq şöbəsində, Uşaq Nevrologiya sanatoriyasında, Fizioterapiya şöbəsində, Terapiya şöbəsində, Poliklinika şöbəsində, Hemodializ şöbəsində çalışan həkimlər üçün normativ müəyyən edilməyib.

Terapevt ixtisası istisna olmaqla digər ixtisaslar üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 10 pasiyentə, yuxarı normativ isə 20 pasiyentdən yuxarı olmamaq şərtilə tibbi xidmətin göstərilməsidir. Yuxarı normativə əsasən həkimlərə prezidentin 2016-cı il 28 dekabr tarixi 1181 nömrəli Fərmanı ilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat veriləcək.

Terapevt ixtisası üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 12 pasiyentə tibbi xidmətin göstərilməsidir. Yuxarı normativ gündəlik 20 pasiyentdən yuxarı olmamaq şərtilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat veriləcək.

Cərrahiyyə şöbəsində, Ginekologiya doğum şöbəsində çalışan həkim üçün aylıq normativ 10 pasiyentə əməliyyatın, habelə fizioloji doğuş daxil olmaqla göstərilməsidir. Həkimlərə tibbi xidmət üçün təsdiq edilmiş tarifdən inzibati xərclər çıxıldıqdan sonra hesablanan məbləğin 20%-i həcmində mükafat veriləcək. İnzibati xərclər dedikdə əməliyyat zamanı istifadə olunan tibbi sərfiyyatın, dərman vasitələrinin dəyəri, habelə kommunal xərclər nəzərdə tutulur.

Konkret nümunə üzərində dayanaq. Tutaq ki, mədədən yad cisim çıxarılması əməliyyatının dəyəri ƏDV daxil olmadan 500 manatdır. Agentlik bu əməliyyatı həyata keçirmiş tibb müəssisəsinə 18 faiz ƏDV də daxil olmaqla 590 manat pul ödəyir. Əməliyyatı həyata keçirmiş həkimin mükafatı bu qaydada hesablanacaq: 590 manatdan təqribi 30 faiz tibbi sərfiyyat çıxılır və nəticədə 413 manat qalır. 413 manatdan həkimə çatacaq 20 faiz isə təqribi 82 manat 60 qəpik edir.

Reanimasiya şöbəsində həkim üçün aylıq normativ 10 pasiyentə narkozun verilməsidir. Hər anesteziya (yerli anesteziya istisna olmaqla) üçün həkimə 10 manat məbləğində mükafat veriləcək.

Mama-ginekoloq ixtisası üzrə çalışan həkimlər üçün normativ tətbiq olunmur. Sığortaolunan hesab edilməyən şəxslərə tibbi xidmətlər göstərildikdə, həkim müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat alacaq.

Beləliklə, iki aydan sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimlərin gündəlik normativləri yerinə yetirib-yetirməməyini təhlil ediləcək. Normativləri yerinə yetirməyən həkimlərə yalnız normativ hüquqi aktlarla tənzimlənən əmək haqqı ödəniləcək, yəni, onlara icbari tibbi sığorta sistemində nəzərdə tutulmuş əlavə ödənişlər ödənilməyəcək.

Pilot layihə çərçivəsində həkimlərin mükafatlarının hesablanması prosesini asanlaşdırmaq məqsədilə hələlik həkimlərə kəmiyyət faktoru üzrə mükafatlar veriləcək. İcbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq edildiyini nəzərə alsaq, gələcəkdə bu prosesin təkmilləşdirilməsi və keyfiyyət amilinin mükafatlandırma meyarlarına daxil edilməsi nəzərdə tutulur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR