SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İlham Əliyev: “ABŞ-la Avropanın enerji təhlükəsizliyini gücləndirəcək layihə çərçivəsində yaxından əməkdaşlıq edirik”

2-03-2017, 10:20 | Oxunub: 7 893 |

İlham Əliyev: “ABŞ-la Avropanın enerji təhlükəsizliyini gücləndirəcək layihə çərçivəsində yaxından əməkdaşlıq edirik”
Azərbaycanla Amerika Birləşmiş Ştatlarını sıx dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İqtisadiyyatın bir çox sahələrində, xüsusilə enerji təhlükəsizliyinin təmin edilməsi, resurs mənbələrinin şaxələndirilməsi istiqamətində əməkdaşlığımız uğurla davam edir. 1995-ci ildən fəaliyyət göstərən Amerika-Azərbaycan Ticarət Palatası bu proseslərin iştirakçısı olub. Mən də Ticarət Palatasının Himayədarlar Şurasının üzvü olaraq göstərdiyiniz səyləri dəstəkləyir və yüksək qiymətləndirirəm”.

Emtv.az bildirir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-Azərbaycan Ticarət Palatasının (AATP) keçirdiyi ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş konfransın iştirakçılarına ünvanladığı müraciətdə deyilir.

“ABŞ-Azərbaycan diplomatik və işgüzar əlaqələrinin qurulmasının 25 illiyi münasibətilə Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunan illik konfransı mühüm hadisə hesab edirəm. İnanıram ki, Amerika-Azərbaycan Ticarət Palatası Azərbaycan və ABŞ arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına bundan sonra da öz töhfəsini verəcək. Yaradılmış əlverişli biznes mühitinin nəticəsidir ki, ABŞ şirkətləri tərəfindən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq, ümumilikdə isə 200 milyard dollaradək investisiya yatırılıb. Görülən işlərin nəticəsidir ki, “Doing Business” hesabatına görə Azərbaycan biznesə başlamaq üçün dünyada ən yaxşı şərtlər təklif edən ilk 5 ölkədən biridir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 37-ci yerdə, MDB məkanında isə birinci yerdədir. Bu il Davos İqtisadi Forumu inkişaf edən ölkələrin inkişafı barədə hesabat dərc edib. Bu göstərici üzrə Azərbaycan birinci və ikinci yerləri bölüşür. Bu illər ərzində Azərbaycan öz tərəfdaşları ilə birgə Birləşmiş Ştatların tam dəstəyi ilə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri kimi mühüm geostrateji layihələri həyata keçirib. Hazırda biz Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək Cənub Qaz Dəhlizi çərçivəsində yaxından əməkdaşlıq edirik. Əminəm ki, gələcəkdə də Amerika-Azərbaycan Ticarət Palatası ABŞ və Azərbaycan arasında əlaqələrin inkişafında öz mühüm rolunu uğurla oynayacaq. Bu işdə Palataya yeni uğurlar arzulayıram”, - deyə dövlət başçısının müraciətində bildirilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR