SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Macarıstanda Xocalı qurbanlarının xatirəsi anılıb

25-02-2017, 22:39 | Oxunub: 7 742 |

Macarıstanda Xocalı qurbanlarının xatirəsi anılıb
Azərbaycanın Macarıstandakı səfirliyində Xocalı faciəsinin 25 illiyi münasibəti ilə anım mərasimi keçirilib.

Mərasimdə macar ictimaiyyətinin nümayəndələri, mətbuat təmsilçiləri, diplomatik korpusun üzvləri, Budapeştdə təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfirliyin müşaviri Qalib Həsənov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçılarının tarixi Azərbaycan şəhərində dinc əhaliyə qarşı törətdikləri vəhşilik haqqında ətraflı məlumat verib. Xocalıda yaşanan insanlıq dramını XX əsrin ən dəhşətli etnik soyqırımlarından biri kimi dəyərləndirib.

Budapeşt Biznes Məktəbinin azərbaycanlı magistri Emil Novruzov Xocalı soyqırımı ilə bağlı özünün ingilis dilində hazırladığı videotəqdimatı nümayiş etdirib.

Budapeştdəki Azərbaycan diasporunun fəal üzvlərindən biri, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva Xocalı həqiqətlərinin Macarıstana və digər Avropa ölkələrinə çatdırılması sahəsində xaricdə yaşayan soydaşlarımızın indiyə qədər gördükləri və görməli olduqları işlərdən bəhs edib.

Türkiyənin Macarıstandakı səfirliyinin birinci müşaviri Əlaəddin Çarık Dağlıq Qarabağ münaqişəsi başlayan gündən Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib. Xocalı soyqırımının 25 illiyi münasibəti ilə Türkiyə Böyük Millət Məclisinin xüsusi bəyanatla çıxış etdiyini, ölkə miqyasında Azərbaycanla həmrəylik və Xocalı qurbanlarını anım mərasimlərinin keçirildiyini diqqətə çatdırıb.

Daha sonra anım mərasiminin iştirakçılarına belçikalı rejissor Mişel İvorun çəkdiyi “Ağdam. 5 fraqment” sənədli filmi təqdim olunub. Taleyinə Xocalıdan da az müsibət düşməyən qədim Azərbaycan şəhərinin və onun sadə sakinlərinin erməni işğalı nəticəsində məruz qaldıqları dəhşətlər heç kimi laqeyd buraxmayıb.

Tədbirin sonunda çıxış edən səfir Vilayət Quliyev anım mərasiminə toplaşanlara təşəkkürünü bildirib. Macarıstanın Döndöş və Tisevaşvari şəhərlərinin işğal altında olan Azərbaycan şəhərləri Şuşa və Ağdamla qardaşlaşdığını xatırladan səfir bunun macar xalqının və dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətinin ifadəsi olduğunu diqqətə çatdırıb. Xocalı soyqırımını xüsusi bir qəddarlıq və amansızlıqla hazırlayıb həyata keçirənlərin indiki Ermənistan rəhbərliyində təmsil olunduğunu xatırladan səfir bu yolla onların Azərbaycan xalqının mübarizə əzmini qırmaq istədiklərinə diqqət çəkib. Lakin düşmənin məkrinin baş tutmadığını, Xocalı soyqırımının hər bir azərbaycanlının ürəyində haqlı intiqam hissi alovlandırdığını qeyd edib və işğal altındakı bütün torpaqlarımızın mütləq azad ediləcəyinə inamını bildirib.

Anım mərasimi çərçivəsində tarix elmləri doktoru, Milli Məclisin keçmiş üzvü Həvva Məmmədovanın macar dilinə tərcümə edilmiş “Xocalı soyqırımı” kitabı iştirakçılara təqdim olunub.

Pərvanə Qarayeva
Macarıstanda Xocalı qurbanlarının xatirəsi anılıb
Macarıstanda Xocalı qurbanlarının xatirəsi anılıb
Macarıstanda Xocalı qurbanlarının xatirəsi anılıb

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR