25 fev 10:03Oxunub: 500 |

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi qeyd olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi qeyd olunub
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Emtv.az Azərtaca istindən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən tədbiri açan komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli kollektivi təbrik edərək, müstəqillik dövründə muxtar respublika gömrük orqanlarının keçdiyi inkişaf yolundan danışıb. Vurğulanıb ki, 25 il bundan öncə, 1992-ci il fevralın 24-də ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması ilə muxtar respublikada vahid mərkəzdən idarə olunan gömrük siyasətinin tətbiqinə başlanılıb.

Qeyd olunub ki, dahi rəhbərin ideyalarının uğurla davam etdirilməsi nəticəsində son illərdə muxtar respublikada gömrük xidmətinin müasir tələblər səviyyəsində təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Gömrük orqanlarının strukturu daha da genişləndirilib, infrastruktur yenidən qurulub, maddi-texniki baza müasir tələblər səviyyəsində formalaşdırılıb. İnformasiya-kommunikasiya texnologiyalarından geniş istifadə nəticəsində gömrük sistemi tamamilə avtomatlaşdırılıb. Göstərilən yüksək dövlət qayğısı hesabına gömrük orqanları muxtar respublikanın iqtisadi təhlükəsizliyinin etibarlı təminatçısına çevrilib.

Komitənin statistika və informasiya texnologiyaları şöbəsinin rəisi, gömrük xidməti mayoru Emin Eyvazov “İnformasiya-kommunikasiya texnologiyalarının gömrük xidmətinin inkişafında rolu”, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektor, gömrük xidməti mayoru Rahil Tahirli “Gömrük orqanlarında kadr islahatları və gəncləşmə” mövzularında məruzə ediblər.

Komitənin ümumi şöbəsinin rəisi, gömrük xidməti mayoru Minayə Nəsirova muxtar respublika gömrük orqanları əməkdaşları barəsində tətbiq olunan həvəsləndirmə tədbirləri barədə məlumat verib. “İlin gömrükçüsü” müəyyən olunaraq mükafatlandırılıb.

Sonda tədbir iştirakçıları Naxçıvan televiziyasının hazırladığı “İnkişaf edən gömrük xidməti – 25 il” adlı filmə baxıblar.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1247
XƏBƏR LENTİ

Reklam
Məzənnə