SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Nərimanovda torpaq alveri: Şahmar İbadov qardaşını bələdiyyəyə necə yerləşdirib?

23-02-2017, 15:33 | Oxunub: 11 741 |

Nərimanovda torpaq alveri: Şahmar İbadov qardaşını bələdiyyəyə necə yerləşdirib?
Abidin Fərzəliyev 14 ildir ki, Bakının Nərimanov rayonuna rəhbərlik edir

Verilən məlumata görə, bu müddət ərzində rayondakı ərazilər qarış-qarış satılıb.

Son xəbərə görə, icra başçısının müavini Şahmar İbadovun bələdiyyə üzvü olan qardaşı torpaqların satışında xüsusi fəallıq edir.

Məlumata görə, Ş.İbadov bələdiyyəyə öz yaxın qohum-əqrəbasını yerləşdirib və istəklərini reallaşdırır.

Ş.İbadovun bələdiyyə seçkiləri zamanı əvvəlcədən nəzərdə tutulan 19 adamı hər biri ayrı-ayrılıqda bələdiyyə üzvü seçilib.

Hətta o zaman siyahı mətbuatda təqdim olunub, lakin başçı müavini seçkilərə müdaxilə edib.Bundan sonra Nərimanov ərazilərini pay-püş etmək, bələdiyyənin əli ilə əraziləri satmaq asanlaşıb. Yerli məbuatın başqa bir yeni məlumata görə, Nərimanov rayonunda yeni tikilmiş binaların qazsız olmasıdır. Bu rayon Bakının sənaye ərazisi olub.

Hazırda bir zavod və ya fabrik işləmir.Belə ki, kondisioner zavodu fəaliyyətsizdir, Elektroterm Şin zavodu indi otelə çevrilib, Komvol zavodu, Ulduz zavodu, Bakmil zavod, Elektroştamp zavodu, Mərkəzi elektrotökmə və digər zavodların ərazisixarabalığa çevrilib.

A.Fərzəliyevin yarıtmaz idarəçiliyi nəticəsidir ki, sənaye rayonunda zavodlar dayanıb, yüzlərlə insan böhran dövründə işsiz qalıb.

Habelə, Nərimanovun ara yolları, məhəllələri bərbad vəziyyətdədir. İcra başçısı 14 ildə bu yolları təmir etməyi ağlına gətirməyib.Nəticədə başçı ilə müavini bələdiyyədəki adamların əli ilə rayonun ərazilərini satırlar.

Bakının mərkəzi rayonlarından biri iki məmur arasında bölüşdürülüb. Şəhərin tən ortasını sözün əsl mənasında dədə malı kimi pay-püş edən, qubernatorluq yaradan vəzifəli şəxslər bu imkanları bir-birinə yaradıb.

Nərimanov kimi mərkəzi rayon Abidin Fərzəliyev-Şahmar İbadov arasında bölünüb. İcra başçısı və müavini paytaxtın ən strateji rayonlarından birini inhisara alıb.

Onların nəzarətindən kənarda nə bir sahibkar, nə kommersiya obyekti var. Total şəkildə rayona nəzarət edən başçı-müavin tandeminin əsas praktiki Ş.İbadovdur.

A.Fərzəliyev Ş.İbadovu qabağa verərək məsuliyyəti onun üzərinə qoyub. Bu, həm ona olan etimaddan irəli gəlir, həm adının hallanmaması üçün bu priyomu istifadə edir.

Məlumatlarda bildirilir ki, ciddi dayaqlara malik olan icra başçısı yüksək çinli məmurlardan bir çoxu ilə hesablaşmır.

Qarşı tərəfi dinləməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR