SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda fənn olimpiadasının qalibləri mükafatlandırılıb

22-02-2017, 14:48 | Oxunub: 14 974 |

Naxçıvanda fənn olimpiadasının qalibləri mükafatlandırılıb
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində fənn olimpiadaları qaliblərinin mükafatlandırılma mərasimi olub.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov hər bir xalqın milli intibahını təmin edən ən zəruri vasitənin təhsil olduğunu bildirib. Nazir qeyd edib ki, ona görə də ölkəmizin bütün regionlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. İlbəil təhsil müəssisələri üçün yeni binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması, ümumtəhsil məktəblərinin ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərib. Hər il olduğu kimi, ötən il də muxtar respublikada məktəb binalarının tikintisi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi təhsildə uğurlarla nəticələnib. Belə ki, 2016-cı ildə Naxçıvan Dövlət Texniki Kolleci, Ordubad Texniki Peşə və Sürücülük Məktəbi, eyni zamanda, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey və 4 min 498 şagird yerlik 13 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə, 17 təhsil müəssisəsi üçün binalar tikilib və ya əsaslı şəkildə yenidən qurularaq şagird və müəllimlərin istifadəsinə verilib.

Məmməd Qəribov diqqətə çatdırıb ki, bu il Naxçıvan şəhərində 3 və 13 nömrəli, Şərur rayonunda Çəmənli, Şahbuz rayonunda Kolanı kənd tam orta məktəbləri binalarının istifadəyə verilməsi, Şərur şəhər 2 nömrəli tam orta məktəb üçün binanın tikintisinin davam etdirilməsi də bu qayğının bariz nümunəsidir. Təhsilə göstərilən qayğının nəticəsidir ki, 2015-2016-cı dərs ilində tam orta məktəbi bitirən məzunlardan 14-ü qızıl, 13-ü isə gümüş medallara layiq görülüb. Medallara layiq görülən məzunlar onlara göstərilən etimadı doğruldaraq qəbul imtahanlarında uğurlu nəticə əldə ediblər. Belə ki, onların 12-si 600-650, 15-i isə 650-700 arası bal toplayıb. Ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edən məzunlardan 1538-i, yəni sənəd verənlərin 62 faizi tələbə adını qazanıb. Ali məktəblərə qəbul olan məzunların 338-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 arası bal toplayıb.

Diqqətə çatdırılıb ki, muxtar respublikamızda təhsilə göstərilən qayğı gənclərin ilbəil daha böyük uğurlara imza atmasına şərait yaradır. Elə ötən il muxtar respublika məktəblilərinin fənn olimpiadasında qazanılan nailiyyətlər də bundan xəbər verir.

Təhsil naziri vurğulayıb ki, bu olimpiada muxtar respublikada ilk dəfədir keçirilib. Fizika, kimya, biologiya, riyaziyyat, Azərbaycan dili və xarici dil fənləri üzrə keçirilən olimpiadada VII-XI sinif şagirdləri iştirak ediblər.

Fənn olimpiadasının dekabrın 11-də keçirilən rayon (şəhər) mərhələsində 1018 nəfər iştirak edib. Bu mərhələdə qalib olmuş 211 şagird cari il fevral ayının 11-də Naxçıvan şəhərində keçirilən final mərhələsinə qatılıb. Həmin mərhələdə 106 şagird qalib gəlib. Onlardan 32-si I yer, 34-ü II yer, 40-ı isə III yerləri tutub.

Sonda qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR