SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir

20-02-2017, 15:06 | Oxunub: 7 507 |

Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir
Fevralın 20-də Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, işçi qrupun rəhbəri Rüfət Quliyev ölkələrimizin müxtəlif sahələrdə çoxtərəfli faydalı əməkdaşlığından geniş söz açıb. O, səfərin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə yaxşı töhfə verəcəyinə əminliyini bildirib. Deputat xalqlarımız arasında bir əsrdən artıq hökm sürən tarixi dostluqdan, əlaqələrimizin dərinləşməsində dövlət başçılarının qarşılıqlı görüşlərinin mühüm rolundan danışıb. O, beynəlxalq qurumlardakı birgə əməkdaşlığı da yüksək qiymətləndirərək deyib ki, Ukrayna hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Rüfət Quliyev Ukraynada 300 min soydaşımızın yaşadığını, dost ölkədə onlar üçün bütün lazımi şəraitin yaradıldığını, bu ölkənin həmvətənlərimizin doğma evinə çevrildiyini diqqətə çatdırıb.

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçiy səmimi qonaqpərvərlik üçün təşəkkür edərək ölkələrimizin müxtəlif sahələrdəki yüksək əməkdaşlığından geniş söz açıb. Qanunverici orqanlar arasındakı əlaqələri yüksək qiymətləndirən qonaq ölkələrimiz arasında iqtisadi, ticari, mədəni əlaqələrin gücləndirilməsi sahəsində perspektivlərdən danışıb.

Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ölkələrimiz arasında diplomatik münasibətlərin inkişafından, deputat, işçi qrupun üzvü Cavid Qurbanov ticari əməkdaşlığın durumundan, deputat Elmira Axundova əlaqələrin genişlənməsi perspektivlərindən söhbət açıblar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR