SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında daşqaldırma üzrə birincilik təşkil olunub

20-02-2017, 14:56 | Oxunub: 2 555 |

Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında daşqaldırma üzrə birincilik təşkil olunub
Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında keçirilən daşqaldırma üzrə birinciliyin qalibləri mükafatlandırılıb.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, yarış başlamazdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun fiziki hazirliq və idman rəisi, mayor Vahid Məmmədov yarışın qaydaları haqqında iştirakçılara məlumat verib.

Sonra birinciliyə start verilib.

“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında 6 çəki dərəcəsində təşkil olunan birincilikdə 100-ə yaxın hərbi qulluqçu iştirak edib.

Qaliblər həm komanda, həm də fərdi hesabda müəyyənləşib. Belə ki, 60 kiloqram çəki dərəcəsində əsgər Ədalət Vəliyev, 65 kiloqram çəki dərəcəsində gizir Rəşad Salahlı, 70 kiloqram çəki dərəcəsində əsgər Həsən Hüseynzadə, 80 kiloqram çəki dərəcəsində kapitan Elimdar Eminov, 90 kiloqram çəki dərəcəsində leytenant Üzeyir Novruzov və 90 kiloqramdan yuxarı çəki dərəcəsində kapitan Orxan Məlikov birinciliyin qalibi olublar.

Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən ilk üçlüyə düşməyi bacaran qalib komandalara diplom və kubok, fərdi hesabda qalib gələn hərbi qulluqçulara isə fəxri fərmanlar təqdim olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR