SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikanın səhiyyə müəssisələrində gənc həkimlərin fəaliyyəti razılıq doğurur

7-02-2017, 15:17 | Oxunub: 14 490 |

Naxçıvan Muxtar Respublikanın səhiyyə müəssisələrində gənc həkimlərin fəaliyyəti razılıq doğurur
Naxçıvan Muxtar Respublikasında hər sahədə olduğu kimi, tibb sahəsində də gənc kadrların hazırlanması istiqamətində mühüm addımlar atılır. Bunun nəticəsidir ki, xəstəxanalarda və həkim ambulatoriyalarında çalışan gənc həkimlərin sayı gündən-günə artmaqdadır.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, tibbin ən son nailiyyətlərinin tətbiq olunduğu Babək Rayon Mərkəzi Xəstəxanasında da gənc həkimlər çoxluq təşkil edir. Xəstəxananın funksional diaqnostika həkimi Araz Musayev bildirib ki, xəstəxanada olan ən müasir texnologiya, laboratoriya və müayinə cihazları ilə işləmək üçün nəzəri biliklərlə yanaşı, müəyyən texniki biliklərə də yiyələnmək lazımdır. Bunun üçün iştirak etdiyimiz kursların böyük əhəmiyyəti var. O deyib: “2003-cü ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuşam. Ali təhsil ocağını bitirdikdən sonra Türkiyə Cümhuriyyətinin Kayseri şəhərində internatura kursu keçmişəm. İlk həkimlik fəaliyyətimə Nehrəm kənd sahə xəstəxanasında başlamışam. 2014-cü ildə Babək Rayon Mərkəzi Xəstəxanasının təmirindən sonra burada ultrasəs müayinələri aparan həkim kimi çalışmağa başlamışam. Xəstəxanada hər cür yeni avadanlıqlar, cihazlar, bütün xəstələrin qəbulu, müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb. Biz səhiyyə işçilərinin vəzifəsi də ondan ibarətdir ki, insanların qayğısına qalaq, onlara lazımi xidmət göstərək”.

Babək Rayon Mərkəzi Xəstəxanasında çalışan digər gənc həkim Sultan Mirzəliyevdir. O, Azərbaycan Tibb Universitetinin məzunudur. Hazırda təcili yardım şöbəsinin həkimi işləyən Sultan Mirzəliyev qeyd edib ki, burada gənc həkimlərə xüsusi qayğı göstərilir. Buna görə də biz Azərbaycan gəncliyi olaraq işimizdə üzərimizə qoyulan öhdəliklərə vaxtında və layiqincə əməl etməyə səy göstəririk.

Xəstəxananın ən gənc həkimi isə oftalmoloq Natiq Məmmədovdur. Üç aydır ki, təyinatla xəstəxanaya göndərilən Namiq həkim işə yeni başlasa da, peşəkarlığı sayəsində xəstələrin razılığını qazanıb. Natiq Məmmədov 2015-ci ildə Azərbaycan Tibb Universitetinin məzunu olub. “Tələbə olduğum müddətdə bir neçə dəfə İstanbul Eyitim Araşdırma Xəstəxanasında kurs keçmişəm. Artıq 3 aydır ki, burada çalışıram. Bu müddətdə gənc həkimlərə kollektivimizin dəstəyi böyük olub, bizə lazımınca köməklik göstərməyə çalışıblar”, - deyə o bildirib.

Nehrəm kənd sahə xəstəxanasında gənc həkimlərdən pediatr Gülarə Baxşıyeva ilə də həmsöhbət olduq. O deyib: “Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin pediatr ixtisasını bitirmişəm. Altı ildir Nehrəm sahə xəstəxanasında fəaliyyət göstərirəm. Universitetdə oxuduğum müddətdə bir sıra kurslarda olmuşam. Kənddə işləmək mənim üçün böyük sevincdir. Dövlətimizin hər sahəyə olduğu kimi, tibb sahəsinə, gənclərə qayğısı böyükdür. Biz bundan böyük sevinc duyuruq. Çalışırıq ki, bizə müraciət edən xəstə uşaqlara yetərincə qayğı göstərək”.

Xəstəxananın hər cür şəraitlə təchiz olunduğunu diqqətə çatdıran Gülarə Baxşıyeva peyvənd həkimi olduğunu da bildirdi. Onun sözlərinə görə, bu gün uşaqların peyvəndə cəlb olunması əhəmiyyətli məsələlərdən biridir.

Bu gün təhsilini başa vurub uğurla fəaliyyət göstərən gənc həkimlər insanların inamını qazanmaqdadırlar. Hər il Naxçıvanda yerli həkimlər tərəfindən yüzlərlə açıq-ürək əməliyyatları aparılır. Üstəlik, ən yeni tibb avadanlıqları ilə təminat diaqnostik-müalicə işini daha da yaxşılaşdırıb.

Emtv.az
Naxçıvan Muxtar Respublikanın səhiyyə müəssisələrində gənc həkimlərin fəaliyyəti razılıq doğurur

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR