SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Kamal Abdulla və Oqtay Şahbazov da Vitse-prezident olmaq istəyir.

6-02-2017, 14:32 | Oxunub: 26 061 |

Kamal Abdulla və Oqtay Şahbazov da Vitse-prezident olmaq istəyir.
Prezident Administrasiyasında nüfuzlu siyasi xadimlərin vitse-prezidentliyə namizədliyi haqda xəbərlər gəlməkdədir

Yerli mətbuata daxil olan məlumatda iddia olunur ki, PA-da daha iki yüksək ranqlı məmurun adı hallanır.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla və Prezidentinin işlər idarəsi müdiri Oqtay Şahbazovun vitse-prezident təyin olunacağı gözləntiləri var.

K.Abdulla və O.Şahbazovun şanslarının az olmadığı söylənir. Onlarıln dövlət idarəçilik təcrübəsi və sağlam reputasiyası var.

İqtidar düşərgəsində birmənalı qarşılanan və heç bir qruplaşma ilə konflikti olmayan adıçəkilən məmurların vitse-prezidentlik şansları var.

Əslində, hakimiyyət daxilində hələ də vitse-prezidentlərin kimlərin olacağı dəqiqləşməyib. Bu təyinatların verilməsi səlahiyyəti prezidentə aiddir.

Daxil olan məlumatlarda daha sonra da iddia olunur ki, ən çox şans olanlardan prezidentin köməkçisi Natiq Əmirov və Əli Əhmədovun adı keçir. Amma ümumilikdə 6 posta təyinat olacaq.

Vitse-prezidentlərin martın sonuna qədər təyin olunacağı gözlənilir. Deputat Vahid Əhmədov martda 6 posta təyinat olacağını açıqlamışdı.

Məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı ilə sənaye və energetika naziri Natiq Əliyev 6 vitse-prezidentdən biri olmaq eşqinə düşüb.

İddia olunur ki, sədrlə nazir iqtisadi islahatlar üzrə prezidentin komandasında təmsil olunmaq niyyətindədirlər. Vitse-prezidentlərin təyinatı vaxtı yaxınlaşdıqca rəqabət qızışır; Hakim dairələrdə bu postlar uğrunda mübarizə alovlanır.

Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri, birinci dərəcəli Dövlət müşaviri Novruz Məmmədovun da vitse-prezidentliyə namizəd olduğu iddia edilir.

Eyni zamanda İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundovun da namizəd olduğu xəbər verilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR