SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Dövlət Kukla Teatrında xüsusi kateqoriyadan olan uşaqlar üçün tamaşa nümayiş etdirilib

30-01-2017, 10:02 | Oxunub: 1583 |

Naxçıvan Dövlət Kukla Teatrında xüsusi kateqoriyadan olan uşaqlar üçün tamaşa nümayiş etdirilib
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanı məhdud, aztəminatlı və şəhid ailələrinin uşaqları üçün “Qırmızı papaq” tamaşası nümayiş olunub.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, tamaşa Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə təqdim edilib. Səhnə əsərinin nümayiş etdirilməsi “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı keçirilən tədbirlər sırasındadır.

Qeyd edək ki, “Qırmızı papaq” tamaşası rus yazıçısı Yevgeni Şvarsın eyniadlı pyesinin motivləri əsasında hazırlanıb. Tamaşanın qayəsi insanları xeyirxahlığa, bir-birinə kömək etməyə, dostluqda sədaqət nümunəsi göstərməyə səsləyir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR