SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Gəncədə qovğa: Əhəd Abıyev də qardaşını Elmar Vəliyevlə barışdıra bilmir - Təfsilat

19-01-2017, 15:00 | Oxunub: 16 191 |

Gəncədə qovğa: Əhəd Abıyev də qardaşını Elmar Vəliyevlə barışdıra bilmir - Təfsilat

Gəncədə nüfuz savaşı alovlanıb. Şəhərin icra hakimi Elmar Vəliyevlə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəisi Zəfər Abıyevin qarşıdurması dərinləşib.

Yerli mətbuatın verdiyi məlumata görə, tərəflərin intriqası mətbuat səhifələrində baş xəbərə çevrilib. Hətta modern.az saytı da məsələyə geniş yer ayırıb və axşam saatlarında həmin material yayımdan çıxarılıb.

Amma bu skandal aparıcı elektron media orqanlarında günün manşetində yer alıb. Zəfər Abıyevin Daşkəsəndə icra başçısı olan qardaşı Əhəd Abıyevin də işə qarışması Elmar Vəliyevlə barışığa gətirib çıxarmayıb.

Zəfər Abıyevin bir müddət öncə - 2016-cı ildə Gəncəyə rəis təyin olunması bu bölgədəki rəsmi qurumlar arasında münasibətləri əməllicə korlayıb.

Daha doğrusu, Zəfər Abıyevin Gəncənin icra başçısı Elmar Vəliyevi heç cür həzm edə bilməməsi, tərəfləri gizli savaşın mərkəzində qərarlaşdırıb.

Bu arada, Zəfər Abıyev sıradan şəxs və təyinat deyil. O, uzun illər Azərbaycan DİN-in Ukrayna, Belarus, Moldova və Qazaxıstandakı nümayəndəsi, DİN Cinayət-Axtarış İdarəsində şöbə rəisi işləyib.

Eyni zamanda, Zəfər Abıyev xüsusi “xidmətlərinə” görə də hər zaman diqqət mərkəzində olub. Belə ki, son vəzifə təyinatına qədər o, DİN-in Qazaxıstan və Qırğızıstandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib.

İddialara görə, diplomatik vəzifəsindən uzaqlaşdırılmasının səbəbi, işində aşkar olunan ciddi nöqsanlar olub. Bu səbəbdən də Zəfər Abıyevin diplomatik fəaliyyətinə son qoyulub. Daha sonra isə modern.az-a xəbər verir ki, Gəncəyə təyinat alandan sonra icra başçısı Elmar Vəliyevə savaş açıb.

Hətta deyilənə görə, Elmar Vəliyevin Yaponiyada xüsusi sifarişlə yığdırdığı JEEP LEXUS-da, mühafizə və kortejlə gəzməsi Zəfər Abıyevin hiddətinə tuş gəlib.

Eyni zamanda, Elmar Vəliyevin Qərb bölgəsində xüsusi nüfuz sahibinə çevrilməsi də rəisin xoşuna getməyən haldır. Ə.Abıyevlə E.Vəliyevin münasibətlərinin yaxşı olduğu bildirilir. Amma bu səbəb də rəis qardaşının icra başçısı ilə münasibətlərini düzəltməyə kömək olmayıb.

Deyilənə görə, Zəfər Abıyevin Gəncəyə rəis təyin olunması Elmar Vəliyevi qəzəbləndirib. İddialara görə, qalmaqallı polis işçisi Zəfər Abıyevin yeni vəzifəyə təyinatı Gəncənin icra başçısının kurasiyasını ciddi təhlükə altına qoyub.

Bu təyinat Elmar Vəliyevin süzgəcindən keçməliymiş ki, münasibətlər prinsipial çərçivəni aşmasın. Amma Zəfər Abiyev həmin vəzifəyə gətirilərkən Elmar Vəliyevin razılığı alınmayıb.

Gələn bilgilərə görə, Əhəd Abıyev tez-tez Gəncədə olur, vaxtaşırı Elmar Vəliyevlə görüşür, amma rəis qardaşına yola gətirə bilmir. Eləcə də icra başçısı da bu məsələ ilə bağlı vasitəçilik etməməyi xahiş edib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR