SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Yanvarın 19-u ermənilərin Naxçıvanı işğal cəhdlərinin iflasa uğradığı gün kimi tarixə düşüb

19-01-2017, 14:34 | Oxunub: 8 121 |

Yanvarın 19-u ermənilərin Naxçıvanı işğal cəhdlərinin iflasa uğradığı gün kimi tarixə düşüb
1990-cı il yanvarın 19-u ermənilərin Naxçıvanı işğal cəhdlərinin iflasa uğradığı gün kimi tarixə düşüb. Belə k, 20 Yanvar faciəsi ərəfəsində erməni silahlıları keçmiş sovet rəhbərliyinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasını işğal etmək planlarını həyata keçirməyə cəhd göstərsələr də, buna nail ola bilməyiblər.

Həmin gün xain düşmən muxtar respublikanın bütün sərhəd məntəqələrinə qarşı hücuma keçib. 1989-cu il dekabrın 14-də güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri yanvarın 19-da səhər təxminən saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qalıb. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəldiblər. Sədərək yanvarın 19-da şiddətli top atəşinə tutulub. Naxçıvan yüzlərlə şəhid versə də, düşmən qarşısından bir addım da geri çəkilməyib. Ermənilər gözləmədikləri müqavimətlə rastlaşıb və müdafiə xəttini keçə bilməyiblər.

Naxçıvanda sovet ordusunun erməni hərbi birləşmələrinə dəstək verməsinə, SSRİ rəhbərliyinin təcavüzkar hərəkətlərə göz yummasına qarşı ciddi etiraz dalğası başlayıb. 1990-cı il yanvarın 19-da təkcə sovet rəhbərliyini deyil, bütün dünyanı təəccübləndirən növbəti hadisə baş verib. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (MSSR) SSRİ-nin tərkibindən çıxdığını bildirərək, özünü müstəqil respublika elan edib. Naxçıvan MSSR Ali Sovetinin qərarında qeyd olunub ki, bu qərar muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğu üçün qəbul edilib. Qərarda Azərbaycanın o vaxtkı kommunist rəhbərliyinin Naxçıvana qarşı erməni təcavüzünə biganə qalması da buna səbəb kimi göstərilib.
Yanvarın 19-u ermənilərin Naxçıvanı işğal cəhdlərinin iflasa uğradığı gün kimi tarixə düşüb
Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi qərar o gecə və sonrakı günlərdə dünyanın nəzərlərini Moskvanın xalqımıza qarşı törətdiyi hərbi-siyasi cinayətlərə, ermənilərin Naxçıvana hərbi təcavüzünə yönəldib. Ən əsası isə dağılmaz deyilən qüdrətli Sovet İttifaqının çöküşü də, məhz yanvarın 19-da Naxçıvandan elan edilmiş olub.

Ümummilli lider Heydər Əliyevin ciddi səyləri ilə Qars və Moskva beynəlxalq müqavilələrinin gündəmə gətirilməsi Azərbaycanı parçalamaqla bağlı planlara güclü zərbə vurub.

Rauf Əliyev
Yanvarın 19-u ermənilərin Naxçıvanı işğal cəhdlərinin iflasa uğradığı gün kimi tarixə düşüb
Yanvarın 19-u ermənilərin Naxçıvanı işğal cəhdlərinin iflasa uğradığı gün kimi tarixə düşüb

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR