SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Mədət Quliyev görüş keçirdi - Foto

17-01-2017, 14:28 | Oxunub: 8 474 |

Mədət Quliyev görüş keçirdi - Foto

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev 2016-cı il dekabrın 29-da həlak olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb

Emtv.az DTX-ya istinadən xəbər verir ki, komissiya sədri Mədət Quliyev Azərbaycan-Ermənistan sərhədində baş vermiş silahlı insidentdə şəhid olmuş hərbçimizin meyitinin alınması ilə bağlı məsələnin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu və bununla əlaqədar dövlət başçısı tərəfindən zəruri göstəriş və tapşırıqların verildiyini qeyd edib.

Mədət Quliyev bildirib ki, Dövlət Komissiyası Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı BQXK-nın və ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini yüksək qiymətləndirir:

"Meyiitlərin verilməsi mexanizminin və prosedurlarının kifayət qədər aydın və açıq olmasına baxmayaraq, əsgərimizin meyitinin bu günə kimi qaytarılmaması Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin Ermənistanın özünün də qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının öhdəliklərinin kobud şəkildə pozulmasıdır. Əvvəllər də belə hallara yol verildiyini və meyitləri uzun müddət saxlamaq kimi qeyri-humanist hərəkətin bu ölkə tərəfindən artıq tendensiyaya çevrildiyini nəzərə alaraq, Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları bu cür halların qarşısının alınmasına və Cenevrə Konvensiyalarına əməl olunmasını Ermənistandan ciddi şəkildə tələb etməyə çağırır".

Mədət Quliyev Dövlət Komissiyası və BQXK-nın qarşılıqlı fəaliyyətinin ümumən konstruktiv olduğunu və konkret nəticələr verdiyini vurğulayaraq, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Xanım Elena Aymone Sessera BQXK-nın Azərbaycandakı nümayəndəliyinin Çingiz Qurbanovun meyitinin tezliklə geri qaytarılması üçün BQXK-nın Ermənistandakı nümayəndəliyi ilə birlikdə səylərini davam etdirdiyini söyləyib.

2016-cı ildə BQXK-nın Azərbaycandakı nümayəndəliyi və Dövlət Komissiyasının İşçi qrupu tərəfindən həyata keçirilmiş işləri diqqətə çatdıran xanım Elena Aymone Sessera, 2017-ci il üçün planlaşdırılan birgə layihələr barədə də ətraflı məlumat verib.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Emtv.az
Mədət Quliyev görüş keçirdi - Foto

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR