24 in 10:33Oxunub: 345 |

Rasim Musabəyov:“Ermənistan əhalisi qiyam etməyə hazırdır"

Rasim Musabəyov:“Ermənistan əhalisi qiyam etməyə hazırdır"
“Ermənistanda il ərzində 7 milyard kilovatt saat elektrik enerjisi istifadə edilir. Hökumətin elektrik tariflərini qaldırmasından sonra 1 kilovatt saat enerjinin qiyməti 15 dollar olub. Bir sözlə, əhalinin üzərinə qoyulan vergi 100 milyonlarla ölçülür.”
"EMTV.az" Milli.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili və politoloq Rasim Musabəyov deyib.
"Bu rəqəmlərdən ötrü Ermənistan əhalisi qiyam etməyə də hazırdır", - deyə o əlavə edib.
Onun sözlərinə görə, Ermənistanda heç kimin ağlına da gəlmir ki, Azərbaycanın torpaqlarını işğal altında saxlamağı dayandırmaq, qoşunları işğal ərazilərindən geri çəkmək və Qarabağ münaqişəsini nizama salmaq Ermənistan üçün ildə ən azı 200-300 milyon dollar qənaət olardı və həmin vəsaitlər sosial problemlərin həllinə yönələ bilərdi.


Rasim Musabəyov:“Ermənistan əhalisi qiyam etməyə hazırdır"
"Azərbaycanla və Türkiyə ilə iqtisadi əlaqələrin bərpa olunması Ermənistan iqtisadiyyatı üçün elə o qədər də fayda verə bilər. Maraqlıdır, görəsən, Ermənistanda ayıq düşünən başlar tapılacaqmı ki, əhali qarşısına belə hesablarla çıxsın?" - Musabəyov sual edib.
Millət vəkili deyib ki, hələ də Ermənistanda populist çıxışlar edilir və əhalini inandırmağa çalışırlar ki, bu ölkənin elektrik şəbəkəsini idarə edən Rusiya şirkətləri ziyanla işləyir.
"Qəribə məntiqdir, ancaq Ermənistan mifoloqlarının irrasional ruhuna tam uyğundur", - o vurğulayıb.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
...O, MƏNİM ATAM İDİ
...O, MƏNİM ATAM İDİ
Oxunub: 5436
XƏBƏR LENTİ

Reklam
Məzənnə