SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Cavid Cabbarlı gələcəyin Tale Bağırzadəsidir” - Millət vəkili

17-01-2017, 10:55 | Oxunub: 9 086 |

“Cavid Cabbarlı gələcəyin Tale Bağırzadəsidir” - Millət vəkili

"Mən ilk dəfədir bu qədər başından böyük danışan birisi ilə rastlaşıram"

Bunu yerli mətbuata açıqlamasında millət vəkili Fazil Mustafa jurnalist Cavid Cabbarlının onun haqqında fikirlərinə münasibət bildirərkən deyib.

F.Mustafa hesab edir ki, jurnalist C.Cabbarlının onun haqqında səsləndirdiyi fikirlər məqsədyönlüdür: "Ruhaninin Ermənistana məlum səfərinə etirazlarımızdan sonra adama təpiniblər ki, illərdir nəyə oturtmuşuq səni orada, niyə səsin çıxmır, bu boyda ölkəni ittaham altına alırlar. Bu da cavab verməyə məcbur kimi görünür sanki. Hətta ədəbsizlik gör nə həddə çatıb ki, vaxtilə İslam partiyasında bu ölkənin maraqlarını tapdalayan bu ünsürlər az qala bizdən hesabat istəməyə başlayıblar. Burada mənim yazımdan söhbət getmir, adam iz azdırmağa çalışır, yazır ki, Fazil Mustafa Azərbaycan əhalisinə "bic doğulmuşlar" deyir, mən də cavablandırıram ki, özünə bu sözü aid edirsənsə, Azərbaycan xalqını niyə ortaya atırsan? O cümləmi də QUMdan idarə olunan saytlardan götürmüsən".

Millət vəkili mətbuata açıqlamasında maraqlı fikirlər səsləndirib: "Cavid Cabbarlı gələcəyin Tale Bağırzadəsidir, bunu qeyd edin, gələcəkdə daha aydın görəcəksiniz. Mövsüm Səmədovun haqq davası apardığını bəyan edən bir şəxs Azərbaycan sevgisi daşıya bilməz. Mənim yazılarımın da hamısının altında imzam var, indiyədək də heç birindən imtina etməmişəm. O zaman biz iqtidara da, Heydər Əliyevə də düşmən münasibət bəsləyirdik, ona görə də elə bilirdik Azərbaycanı dağıtmaq istəyir, sonradan isə Cavid Cabbarlı kimi separatçı zehniyyətə sahib insanların necə çoxaldığını görəndə anladıq ki, Heydər Əliiyev həqiqətən böyük şəxsiyyətdir, hansı vasitələrlə olursa olsun, bu ölkənin parçalanmasına yol verməyib. Hələ utanmadan yazır ki, bu sözlərdən sonra necə olur ki, Fazil Mustafa deputat təyin olunur. Ən böyük şərəfsizlik öz ölkəsinə qarşı agent təyin olunmaqdır, bir çoxları bu ləkəni heç vaxt silə bilməyəcəklər", - deyə Fazil Mustafa vurğulayıb.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR