SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Müşfiqsevərlər Xızıda nakam şairin xatirəsini anıblar

6-01-2017, 13:48 | Oxunub: 9 914 |

Müşfiqsevərlər Xızıda nakam şairin xatirəsini anıblar

Yanvarın 6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb.

Emtv.az Azərtac-aistinadən xəbər verir ki, nakam şairin ölümünün 79 illiyinə həsr olunan mərasim Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçirilib. Müşfiqin büstü ətrafına toplaşan şair və yazıçılar, elm və incəsənət xadimləri görkəmli poeziya ustasının həyat və yaradıcılığından, onun ədəbiyyatımızda tutduğu mövqedən söhbət açıblar.
Müşfiqsevərlər Xızıda nakam şairin xatirəsini anıblar
Anım mərasimində Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin şöbə müdiri Sənan Talıbov, “Şöhrət” ordenli, Əməkdar Müəllim, şair Ofeliya Babayeva, yazıçı-publisist Müşfiq Cabiroğlu, Əməkdar Jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə və başqaları Müşfiq poeziyasının gənc nəslin milli mənlik şüurunun inkişafında, vətənpərvərlik tərbiyəsində əvəzsiz rolundan söhbət açıblar. Qeyd ediblər ki, Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. O, cəmi 30 il ömür sürməsinə baxmayaraq, qiymətli bədii irs yadigar qoyub.

Tədbirdə Xızı məktəbliləri nakam şairin şeirlərindən parçalar səsləndiriblər.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR