29 dek 15:47Oxunub: 295 |

Naxçıvan şəhərində bayram yarmarkası təşkil edilib

Naxçıvan şəhərində bayram yarmarkası təşkil edilib
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda bayram yarmarkası təşkil olunub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən Azərtac-a bildirilib ki, bayram yarmarkasında satışa yerli məhsullar çıxarılır.

Yarmarkada istehlakçılara kənd təsərrüfatı məhsulları ilə yanaşı, digər ərzaq malları da təklif olunur. Yarmarkaya muxtar respublikada fəaliyyət göstərən, kənd təsərrüfatı məhsullarını idxal edərək topdansatışını həyata keçirən 8 sahibkar dəvət olunub ki, həmin sahibkarlar da məhsulların topdansatış qiyməti ilə pərakəndə satışını həyata keçirəcək.

Bayram yarmarkasına 56 sahibkarlıq subyekti tərəfindən 42 növdə, 235 çeşiddə məhsul çıxarılıb. İstehlakçılar yarmarkada müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz əldə edə biləcəklər.

Yarmarkanın təşkil olunmasında məqsəd şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınmasından ibarətdir.

Bayram yarmarkası dekabrın 31-dək davam edəcək.
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1231
XƏBƏR LENTİ

Reklam
Məzənnə