17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Müdafiə Nazirliyi 7 hərbçimizin həlak olması xəbərini yalanladı
"Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan Ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur".
Bu barədə Müdafiə Nazirliyindən yerli mətbuatın sorğusuna cavab olaraq bildirilib.
Nazirlikdək bir daha təsdiq ediblər ki, hadisə nəticəsində bir hərbçimiz itkin düşüb.
"Bəzi yerli kütləvi informasiya vasitələrində Ağdam rayonunun Əhmədağalı kəndindəki yaşayış evinin düşmən tərəfindən atəşə məruz qalması xəbəri də təsdiqini tapmayıb". - deyə MN-dən bildiriblər.
Qeyd edək ki, hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
Ermənistan Müdafiə Nazirliyi döyüşdə 3 erməni hərbçinin öldüyünü açıqlayıb.
Hafiz Əhmədov