SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Eldar Mahmudovun həbsinə hazırlıq gedir - Təfsilat

29-12-2016, 15:05 | Oxunub: 9 828 |

Eldar Mahmudovun həbsinə hazırlıq gedir - Təfsilat
“Təqsiri olan hər bir şəxs sözsüz ki, məsuliyyətə cəlb olunacaq”

Bunu birinci vitse-spiker Ziyafət Əsgərov keçmiş MTN şefi Eldar Mahmudovla bağlı deyib.

Birinci vitse-spiker deyib ki, E.Mahmudov baş verənlərə görə məsuliyyət daşıyır. “Bundan sonra hansı cəza tədbirləri görüləcək, bu, məhkəmənin qərarından asılı olacaq”-deyə, o, sözlərinə əlavə edib.

Vitse-spikerin açıqlaması əslində MTN şefinin həbsinə hazırlığın anonsu kimi qiymətləndirilə bilər. İndiyə qədər heç bir hökumət rəsmisi bu şəkildə mesaj verməyib.

Z.Əsgərov iqtidarın mətbəxində olan bir dövlət məmurudur və onun E.Mahmudov barəsində dedikləri yeni ildən yeni prosesin başlanğıcı sayıla bilər.

2015-ci ilin oktyabrında MTN əməliyyatı zamanı generallar həbs olundu, nazirliyin məsul şəxsləri məsuliyyətə cəlb edildi, qurum demontaj edildi.

Amma Eldar Mahmudovun ev dustaqlığına cəlb edildiyi söyləndi. Bu da rəsmi şəkildə təsdiqlənmədi. İki ilə yaxındır ki, MTN rəhbəri həbsdən qorunur.

MTN generallarının məhkəməsi getsə də, E.Mahmudov bu prosesdən kənarda saxlandı. Amma görünür ki, Z.Əsgərovun açıqlaması MTN şefinin da həbsinə hazırlığın getdiyinə eyhamdır.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, sabiq nazir işdən çıxarılandan dərhal sonra telefonları əlindən alınaraq nəzarət altında Badamdardakı dəbdəbəli imarətinə aparılıb. Bir neçə gün sonra isə Bilgəhdəki bağına köçürülüb. Sabiq nazirin bu gün də orada saxlanıldığı bildirilir.

E.Mahmudovun statusu haqda da rəsmi məlumat verilmir. Qeyri-rəsmi məlumatlara görə, sabiq nazirin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Eldar Mahmudovun nazir işlədiyi dövrdə MTN-də yüksək vəzifə tutan generalların həbsindən sonra belə xəbərlər yayılmışdı ki, sabiq naziri əlindəki kompromatların yayılacağı qorxusu qarşısında həbs etmirlər.

Çox keçmədi ki, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu mətbuata açıqlama verərək bildirdi ki, Eldar Mahmudovun əlində 2800 ədəd seks videosu var.Bu günlərdə isə Eldar Mahmudov üçün gizli çəkilişlər edən şirkətin adı da açıqlanıb.

Qeyd edək ki, A.Çovdarov oktyabrın 17-də prezident sərəncamı ilə işdən çıxarılan sabiq MTN rəhbəri Eldar Mahmudovun "sağ əli və kassiri" sayılırdı.

Məlumatlara görə, onun MTN-də əsas vəzifəsi iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Administrasiyasına şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını çəkib.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR