SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Əli İnsanov azadlığa buraxılır: əfv kimlərə çıxır? - Təcili siyahı

28-12-2016, 15:17 | Oxunub: 7 361 |

Əli İnsanov azadlığa buraxılır: əfv kimlərə çıxır? - Təcili siyahı

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə əfv fərmanı verilməsinə günlər qalır. Hətta bu gün ya da sabah əfv fərmanı imzalana bilər

Bu barədə yerli mətbuata Əfv Komissiyasındakı mənbədən məlumat daxil olub. Məlumatlı qaynağın sözlərinə görə, prezident hər bayramda humanist addım ataraq yüzlərlə məhkumu sevindirir, ailələrinə qovuşdurur. Yeni il ərəfəsində də əfv olacağına saatlar qalır.

Əldə olunan bilgiyə görə, siyahıda tanınmışlar da var. Əsas gözlənti sabiq səhiyyə naziri Əli İnsanovun həbsdən çıxacağıdır. Əfv siyahısında REAL sədri İlqar Məmmədov və sabiq səhiyyət naziri Əli İnsanovun adı keçir.

Məlumatlı qaynağımız qeyd edir ki, bu siyahı üzrə eks-nazirin şansının daha yüksək olduğu bildirilir. İddialara görə, Ə.İnsanovla siyasi hakimiyyət arasında bir centlemen sazişi bağlanıb.

Bu anlaşmanın əsas müddəası ondan ibarətdir ki, keçmiş nazir əfvə imza ataraq azadlığa çıxacaq və Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək. İlkin razılaşmaya görə onun barəsində açılan yeni cinayət işinə xitam verilir və ev dustağı kimi azad olunur.

İddialara görə, tanınmışlardan Qiyas və Bayram, Faiq Əmirli, Rüfət Səfərov, Nardaran işində tutulanlar, Səid Dadaşbəyli və dəstəsi, Elgiz Qəhrəman və s. şəxslər azadlığa çıxmaya bilər. Həm məhkəmə hökmü yoxdur, həm adları siyahıda getmir.

Amma Seymur Həzi, Əbdül Əbilov, Nicat Əliyev, Araz Quliyev, Rəşad Ramazanov, Seymur Həzi, Cavid Şirəliyev,Tofiq Həsənli və Saday Şəkərli əfv oluna bilər. Emtv.az politika.az-a istinadən xəbər verir ki, əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən ölkə vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Əfv fərmanı ilə məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə, təyin olunmuş cəzanın müddəti azaldıla, cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.

Həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Əfv fərmanı müvafiq dövlət orqanları tərəfindən fərmanda göstərilən müddəaların mütləq qaydada icra edilməsi üçün hüquqi əsasdır.

Əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil. Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür.

“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə əfv sərəncamının veriləcəyi istisna edilmir. Hər il olduğu kimi bu ilin sonunda da cənab prezident tərəfindən əfv sərəncamının imzalanması gözlənilir”.

Bu sözləri prezident yanında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib.

Komissiya üzvü bildirib ki, ölkə başçısının bu ildə öz səlahiyyətlərindən istifadə edərək bir qrup məhkumu sevindirəcəyi istisna deyil.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR