SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Görkəmli dövlət və elm xadimi Əziz Əliyev Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayıb

27-12-2016, 13:40 | Oxunub: 10 199 |

Görkəmli dövlət və elm xadimi Əziz Əliyev Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayıb

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin milli tibb kadrlarının və səhiyyə işçilərinin hazırlanmasında müstəsna xidmətləri olub. Əziz Əliyev dərin zəkası və yüksək təşkilatçılıq məharəti ilə hansı vəzifə olursa-olsun, onun öhdəsindən tez bir zamanda gəlməyi bacarırdı.

Emtv.az Azərtaca-a istinadən xəbər verir ki, bu fikirlər dekabrın 27-də Qubada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi münasibətilə təşkil olunan elmi-praktik konfransda səsləndirilib.
Görkəmli dövlət və elm xadimi Əziz Əliyev Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayıb
Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professor-müəllim heyəti ilə yanaşı, Quba rayonunun tibb işçiləri də iştirak edib.

Quba Müalicə-Diaqnostika Mərkəzində təşkil olunan konfransda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov çıxış edərək, institutun inkişafında və beynəlxalq aləmdə tanıdılmasında Əziz Əliyevin müstəsna rol oynadığını vurğulayıb.

Bildirilib ki, Əziz Əliyev Respublika Xalq Komissarlığının müalicə şöbəsinin rəhbəri, Bakı şəhərinin səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən əldə etdiyi təcrübəsini, həmçinin istedadı və sönməz enerjisini səhiyyənin inkişafına, yüksəkixtisaslı həkimlərin yetişdirilməsinə yönəldib. Ə.Əliyev 1959-cu ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru kimi fəaliyyətə başlayıb və ömrünün sonunadək institutun uğurları üçün çalışıb. O dövrdə institut fəaliyyətini genişləndirərək təkcə Azərbaycanda yox, bütün sovet respublikalarında, eləcə də Monqolustan və Bolqarıstanda həkimlərin hazırlanmasında iştirak edirdi. Görkəmli alimin rəhbərliyi ilə institutun kadr bazasında yüksəkixtisaslı mütəxəssislər hazırlanıb, elm adamları yetişdirilib.

Əziz Əliyevin elmi fəaliyyəti də geniş tədqiqat obyektidir. O, 1929-cu ildə aspiranturanı bitirərək namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Sonradan Azərbaycan Tibb İnstitutunun terapiya kafedrasında həm assistent, həm də dosent vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycan dilində həkimlərin və tələbələrin kliniki hazırlığı üçün zəruri olan ilk “Klinik analizlər” dərsliyini nəşr etdirib. 1937-ci ildə Əziz Əliyev “Eksperimental nefrit” doktorluq dissertasiyasını müdafiə edib. Bu iş Azərbaycan təbibləri tərəfindən müdafiə olunmuş ilk doktorluq dissertasiyalarından biri idi. Kəskin nefritin patogenezində allergik nəzəriyyənin əsaslandırılması xəstəliyin müalicəsində spesifik və qeyri-spesifik terapiyanın seçilməsinə imkan verirdi. Elmi əsər SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülüb. Əziz Əliyev 87 elmi əsərin müəllifidir, onlardan 70-i təbabətin ayrı-ayrı sahələrinə, 17-si isə tarixi və siyasi problemlərə aiddir.

Çıxışlarda bildirilib ki, Əziz Əliyevin siyasi xadim kimi fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. O, Azərbaycanda, Dağıstanda, eləcə də Moskvada yüksək dövlət vəzifələrində çalışarkən özünü uzaqgörən, səriştəli və bacarıqlı dövlət xadimi kimi göstərə bilib.

Konfransda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb.

Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları məruzələrlə çıxış edib, görkəmli dövlət və elm xadiminin mənalı ömür yolundan, elmi-siyasi fəaliyyətindən danışıblar.

Konfrans işini institut alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə, müxtəlif aktual problemlərə həsr olunmuş məruzələrlə davam etdirib.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR