SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Dövlət Xalça Muzeyinə sakinlər tərəfindən yeni eksponatlar təqdim olunub

26-12-2016, 13:16 | Oxunub: 14 795 |

Naxçıvan Dövlət Xalça Muzeyinə sakinlər tərəfindən yeni eksponatlar təqdim olunub

Naxçıvan şəhərində yerləşən Naxçıvan Dövlət Xalça Muzeyinə sakinlər tərəfindən yeni eksponatlar təqdim olunub

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova muxtar respublikada bütün sahələrin, o cümlədən mədəniyyət sahəsinin də inkişaf etdirildiyini bildirib. Qeyd edib ki, bu gün tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Hazırda Naxçıvan Muxtar Respublikasındakı 29 muzey və muzeytipli müəssisədə 112 mindən çox maddi-mədəniyyət nümunələri qorunub saxlanılır. Müstəqillik illərinə qədər muxtar respublika ərazisində cəmi 13 muzey fəaliyyət göstərirdisə, ötən dövrdə 16 muzey yaradılıb.
http://azertag.az/files/galleryphoto/2016/3/1000x669/14827575101516245289_1000x669.jpg
Nazir vurğulayıb ki, artıq beş ilə yaxındır Naxçıvan Dövlət Universitetində muzey işi sahəsində ixtisaslı kadrlar yetişdirilir. Bu gün muzeylərimizi ziyarət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb və muzey işçilərinin öhdəsinə daha böyük vəzifələr qoyulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il dekabrın 19-da imzaladığı Sərəncamına əsasən, muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivləri muzeyləri mütəşəkkil şəkildə ziyarət edirlər. Bundan başqa, tələbə-gənclərin, şagirdlərin, müxtəlif xidmət sahələrində çalışanların da muzeyləri ziyarəti təmin olunub.

“Təkcə bu ilin ötən dövrü ərzində muzeylərimizi 29 mindən çox tamaşaçı ziyarət edib. Onların arasında həm yerli sakinlər, həm Azərbaycanın digər regionlarından muxtar respublikamıza gələn qonaqlar və xarici ölkə vətəndaşları olublar” – deyən Natəvan Qədimova diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, bu gün muzeylər ilə orta məktəblər arasında distant dərslər təşkil edilir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi də diqqətdə saxlanılır. Bu işdə muxtar respublika sakinləri öz köməkliklərini göstərirlər. Təkcə 2016-cı il ərzində muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olub. Bu tədbirlərin davamı olaraq bu gün Naxçıvan Dövlət Xalça Muzeyinə yeni eksponatlar təqdim edilir.

Sonda tədbir iştirakçıları muzeylə tanış olublar.

Qeyd edək ki, Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Akif Hacıyev tərəfindən XIX əsrin sonuna aid yun palaz, XX əsrin müxtəlif dövrlərinə aid parça arxalıq, dəmir həvə, qadın yun corabı, açıqqızılı rəngli parça örtük Naxçıvan Dövlət Xalça Muzeyinə təqdim olunub. Bundan başqa, Sədərək kənd sakini Kəmalə Əliyeva tərəfindən ağ rəngli toxuma əl işi, Nəhəcir kənd sakini Qalib Nağıyev tərəfindən, təxminən, 200 illik tarixi olan cəhrə, Axura kənd sakini Firuzə Mehdiyeva tərəfindən yun darağı, Şahbuz şəhər sakini Vahab Hüseynov tərəfindən XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid xalça muzeyin ekspozisiyasına daxil edilib.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR