SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Musiqi Kolleci tələbələri konsert proqramı ilə çıxış ediblər

24-12-2016, 11:21 | Oxunub: 19 788 |

Naxçıvan Musiqi Kolleci tələbələri konsert proqramı ilə çıxış ediblər
Ərtoğrul Cavid adına Naxçıvan Şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində Naxçıvan Musiqi Kolleci tələbələrinin konserti olub.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdən əvvəl Naxçıvan Musiqi Kollecinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə 1974-cü ildə yaradıldığı bildirilib. 1975-1976-cı tədris ilində 4 ixtisas üzrə fəaliyyətə başlayan kollec 1992-ci ilə qədər Naxçıvan Orta İxtisas Musiqi Məktəbi, 1992-ci ildən Naxçıvan Musiqi Texnikumu adlandırılıb. 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci adı ilə fəaliyyətini davam etdirir. Hazırda kollecdə 10-dan çox ixtisas üzrə kadr hazırlığı aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən, bu təhsil ocağının 30 və 40 illik yubileyləri qeyd olunub. Bu illər ərzində kollecdə milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının öyrənilməsi, gənc musiqiçi kadrların yetişdirilməsi sahəsində böyük uğurlar əldə edilib.

Vurğulanıb ki, kollecdə təhsil alan tələbələrdən ibarət musiqi kollektivləri maraqlı konsert proqramları ilə müntəzəm olaraq muxtar respublikada keçirilən tədbirlərdə, el şənliklərində çıxış edir.

Kollecin tələbələrinin ifasında ilk olaraq Fikrət Əmirovun “Min bir gecə” baletindən parçalar səsləndirilib. Tələbələrin təqdim etdikləri Azərbaycan bəstəkarlarının “Yaşa könül”, “Çahargah rapsodiyası”, “Şaloxo”, “Bağçakürd” və başqa musiqi əsərləri maraqla qarşılanıb.

Konsertdə Avropa və rus bəstəkarlarının əsərləri də ifa olunub.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR