17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Millimizin ilk oyunu Litvaya qarşı olacaq
Yanvarda Rusiyada keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirin təqvimi müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən yaydığı məlumatına görə, yarışda iştirak edəcək Azərbaycan millisi ilk oyununu yanvarın 9-da keçirəcək.
C qrupunda yer alan 17 yaşadək futbolçulardan ibarət millimiz həmin gün Litva ilə üz-üzə gələcək. Komandamız iki gündən sonra Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığmamız qrupdakı son sınağını isə yanvarın 13-də Slovakiyaya qarşı verəcək.
Azərbaycan millisi qrupu ilk iki pillədə tamamlasa, yanvarın 16-da 1/4 final oyununa çıxacaq. Turnirin yarımfinal görüşləri yanvarın 18-də, final matçı isə 21-də baş tutacaq.
Emtv.az