SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

1-ci qrup Qarabağ əlilinə qarşı biabırçı olay!

14-12-2016, 13:41 | Oxunub: 8 376 |

1-ci qrup Qarabağ əlilinə qarşı biabırçı olay!

Xəbər verildiyi kimi, dekabrın 9-da Azərbaycan Respublikasının Baş prokuror Zakir Qaralov Yevlax rayonunda vətəndaşları qəbul edib

Emtv.az Qaziler.aza istinadən xəbər verir ki, qəbul zamanı xoşagəlməz hal baş verib. Əvvəlcədən Baş prokurorun qəbuluna yazılan 1-ci qrup Qarabağ əlili Vəfadar Hüseynova qarşı hörmətsizlik və qanunsuzluq halı baş verib. Bu barədə, redaksiyamızda olan V.Hüseynov özü məlumat verib:

“Eşitdim ki, Baş prokuror cənab Zakir Qaralov vətəndaşları qəbul etmək üçün Yevlax rayonuna gələcək. Mən də istədim onun qəbuluna düşəm, dərdimi deyəm. Bu məqsədlə Yevlax rayon prokuroru Elxan Pənahovla görüşdüm. O da söz verdi ki, səni qəbula yazırıq, narahat olma, görüşəcəksən. Amma cənab Baş prokuror rayona gələndə məni onunla görüşə buraxmadılar. Onun görüşü olacaq yerdə bir neçə polis məni kobudcasına, zorla sürüyə-sürüyə Post Patrul Xidmətinin avtomobilinə basaraq ərazidən uzaqlaşdırdılar. Gətirdilər Yevlax Polis idarəsinə. Dedilər ki, səni rəis gözləyir. Ha gözlədim, məni kimsə qəbul etmədi. Bir müddət sonra polislər dedi ki, “Dur get! Daha rəis gələsi olmadı!” Mən Baş prokurorun qəbul etdiyi yerə gələndə isə bəlli oldu ki, cənab Zakir Qaralov artıq Yevlağı tərk edib. Belə iş olar?! Məgər Baş Prokuror vətəndaşları dinləməyə gəlməmişdi? Eləysə niyə məni, hər iki gözünü, sağlamlığını vətənimizin müdafiəsində itirən bir insanı qəbul etmədi?! Mən vətəndaş deyiləmmi, problemim ola bilməzmi?!”

Qeyd edək ki, Vəfadar Hüseynov 1-ci qrup Qarabağ əlilidir, o, 2001-də Füzuli rayonunda düşmənlə təmas xəttində xidmət zamanı yaralanıb. Hər iki gözünü itirib. 280 manat pensiya, 165 manat Prezident təqaüdü alır. Həyat yoldaşı Mahirə Hüseynova da 1-ci qrup əlildir.

Maraqlıdır, Baş prokuror niyə Qarabağ əlilini qəbul etməyib?! V.Hüseynov demiş, məgər Baş Prokuror vətəndaşları dinləməyə getməmişdi? Görünür, cənab Prezidentin “Vətəndaşları qəbul edin, dinləyin, problemlərini həll edin!” tapşırığı artıq yaddan çıxıb! Baş prokurorumuz da Yevlağa, elə-belə, görüntü üçün gedibmiş! Həm Yevlax rayon hakimiyyət strukturlarının, həm də prokurorluq adına çox ayıb bir işdir! Biz V.Hüseynovdan istəyini, problemini də soruşduq. Bu o qədər adi və xırda bir işdir ki, buradan yazmağa utanırıq! Amma qoy sağlamlığını vətənimizin müdafiəsində itirən bir insanı Baş Prokurorla görüşməyə mane olanlar da utansınlar!

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR