SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib

12-12-2016, 14:10 | Oxunub: 6 899 |

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanın, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin, Mərkəzin İdarə Heyətinin üzvləri, Serbiyanın sabiq Prezidenti Boris Tadiçin, Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanovun, Albaniyanın sabiq Prezidenti Recep Meydaninin, Latviyanın sabiq Prezidenti Valdis Zatlersin və Moldovanın sabiq Prezidenti Petru Luçinskinin daxil olduqları nümayəndə heyətini qəbul edib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı qonaqları salamlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım tədbirində iştiraklarına görə onlara minnətdarlığını bildirdi.

İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin dedi: “Cənab Prezident, bu, bizim üçün böyük şərəfdir. Bu, Sizin atanız böyük şəxsiyyət, sözün əsl mənasında, ümummilli lider Heydər Əliyevin xatirəsinə olan böyük ehtiramın təzahürüdür”.

Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa qeyd etdi ki, biz bu gün Azərbaycan xalqının ümummilli lideri və müasir Azərbaycanın banisi Heydər Əliyevin anım günündə Sizinlə və xalqınızla birlikdəyik. Ulu Öndərin xatirəsinə dərin ehtiramını bildirən xanım Vayra Vike-Freyberqa Heydər Əliyevin böyük təcrübəyə malik lider olduğunu dedi.

Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov Bakıya səfəri zamanı Ulu Öndərlə görüşlərini məmnunluqla xatırladı.

Ulu Öndərlə bağlı dərin xatirələrə malik olduğunu deyən Moldovanın sabiq Prezidenti Petru Luçinski onun böyük şəxsiyyət kimi Azərbaycanın müstəqilliyinin təmin olunmasında müstəsna xidmətlər göstərdiyini vurğulayaraq Azərbaycanın bugünkü inkişafının və firavanlığının əldə olunmasında Prezident İlham Əliyevin rolunu xüsusi olaraq qeyd etdi.

Prezident İlham Əliyev dedi: “Ulu öndər Heydər Əliyev daim Azərbaycanın müstəqilliyi uğrunda çalışıb. Məhz onun yorulmaz səyləri nəticəsində ölkəmiz əsl müstəqillik əldə edib. O, xalqımızın ümummilli lideri kimi Sovet sistemindən müstəqilliyə keçid dövrünü təmin etmişdir. Ulu öndər Heydər Əliyev sovet rəhbərliyində çalışan zaman o vaxtkı Kommunist Partiyasının rəhbərliyini açıq şəkildə ittiham edən ilk insanlardan biri olmuşdur. Bu, hələ Sovet İttifaqı dağılmamışdan iki il qabaq baş vermişdi. O, hələ 1990-cı ildə Azərbaycanın müstəqilliyinin zəruriliyini bəyan edən ilk insanlardan idi. 1990-cı ilin yanvarında sovet ordusu Bakıda yüzdən artıq günahsız adamın həlak olması ilə nəticələnən Qanlı Yanvar hadisələrini törədən zaman o, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və mən də onunla bir yerdə idim. Orada xeyli sayda azərbaycanlılar toplaşmışdılar və onlar Heydər Əliyevə böyük dəstək nümayiş etdirdilər. Heydər Əliyev orada Qanlı Yanvar hadisələrinə görə SSRİ-nin siyasi rəhbərliyini kəskin şəkildə ittiham etdi və bundan sonra Kommunist Partiyası sıralarından çıxdı. O zaman Heydər Əliyev işləmirdi, təqaüddə idi, sovet rəhbərliyi ona qarşı böyük təbliğat kampaniyasına başlamışdı, ona təzyiqlər edir, hətta həbs etmək istəyirdilər. Belə çətin şəraitdə Bakıya gəlmək qərarı verdi. Bakıda minlərlə insan onun ətrafına toplaşır və ona öz dəstəklərini göstərirdilər. Bundan narahat olan Azərbaycanın o vaxtkı rəhbərliyi ona Bakıda da ciddi təzyiqlər göstərməyə başladılar. Heydər Əliyev doğulduğu Naxçıvan şəhərinə getdi”.

Ulu öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinə toxunan dövlətimizin başçısı xalq tərəfindən Heydər Əliyevin Naxçıvanın Ali Sovetinin sədri seçildiyini vurğuladı və hələ 1990-cı ildə Azərbaycanın ilk demokratik respublikasının bayrağını dövlət bayrağı kimi qaldırdığını və bu bayrağın Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilməsi ilə bağlı Azərbaycan parlamentinə müraciət etdiyini dedi. Dövlətimizin başçısı 1991-ci ildə Sovet İttifaqının saxlanılması ilə bağlı keçirilən referendumun o vaxt Naxçıvan tərəfindən boykot edildiyini də dedi. Prezident İlham Əliyev daha sonra bildirdi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, sabitlik və əmin-amanlıq təmin edildi və yeni inkişafın başlanğıcı qoyuldu. Dövlətimizin başçısı Ulu Öndərin müasir Azərbaycanın dövlət quruculuğunda müstəsna xidmətlərinin xalq tərəfindən daim ehtiramla xatırlandığını dedi.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR