SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanın minillik tarixinə şahidlik edən Gəmiqaya abidəsi

30-11-2016, 14:16 | Oxunub: 13 774 |

Naxçıvanın minillik tarixinə şahidlik edən Gəmiqaya abidəsi

Naxçıvan Muxtar Respublikası Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Gəmiqaya daşları üzərində yazılmış piktoqrafik yazılar, Kolanı nekropolundan tapılmış Günəş Allahının sxematik təsviri, arxeoloji qazıntılar zamanı II Kültəpə ərazisində aşkarlanan maddi-mədəniyyət nümunələri, daş alətlər, monoxrom və polixrom boyalı gildən hazırlanmış saxsı qablar bunu bir daha təsdiqləyir. Bu mənada Gəmiqaya abidəsi Naxçıvanın minillik tarixinə şahidlik edir.

Dünyanın ən qədim insan məskənlərindən biri olan Gəmiqaya muxtar respublikanın Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazda dəniz səviyyəsindən 3000-3500 metr yüksəklikdə yerləşir.

Daşlar üzərində yazılmış piktoqrafik yazılar Qaranquş, Camışölən və Nəbiyurdu yaylaqlarında qeydə alınıb. Gəmiqaya abidələrinin tədqiqinə 1970-ci illərdə ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin birinci dövründə başlanılıb. 1971-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılmasını, elmi albomun nəşr edilməsini, elmi-kütləvi filmin çəkilməsini qərara alıb, 1970-1987-ci illərdə tədqiqat işləri aparılıb, bir sıra elmi materiallar çap olunub. Sonrakı illərdə ölkədə yaranmış vəziyyət Gəmiqaya abidələrinin tədqiqi sahəsində aparılan işlərin dayandırılmasına səbəb oldu. Bundan istifadə edən millətçi erməni “tədqiqatçıları” gizli şəkildə Gəmiqayada tədqiqat aparıblar. Bu “işlərin” nəticəsi olaraq nəşr edilən “Navsarın qaya təsvirləri” və “Naxçıvanın memorial abidələri və relyefləri” adlı materiallarda erməni alimləri tarixi saxtalaşdırmaq sahəsində öz ənənələrinə sadiq qalaraq, xalqımızın ən qədim yadigarı olan Gəmiqaya abidələrini heç bir elmi əsas olmadan erməni abidəsi kimi qələmə verməyə çalışıb, Gəmiqayanın adını “Navsar”, “Tapanasar” kimi uydurma adlarla əvəz ediblər.

Azərbaycan xalqının tarixi keçmişinin öyrənilməsi baxımından Gəmiqayanın çox əhəmiyyətli abidə olduğunu vurğulayan ümummilli liderimiz Heydər Əliyev deyib: “Naxçıvanın gözəl təbii abidələri var. Gəmiqaya dünyada məşhur bir yerdir... O, bizim böyük sərvətimizdir. Orada insanın qoyduğu izlər var. Bu, Azərbaycanın, onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixidir. Bunlarla məşğul olmaq lazımdır”.

Bu gün Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Ali Məclis Sədrinin 2001-ci il aprelin 26-da imzaladığı “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncamından sonra Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilib, bu mövzuda onlarla elmi məqalə və kitab yazılıb, “Gəmiqaya” Tarix-Bədii Qoruğu yaradılıb. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilib, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanılıb.

“Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina 2013-cü ildə istifadəyə verilib. İki yardımçı otaqdan və ekspozisiya zalından ibarət olan muzeyin fondunda 200-dən çox eksponat var. Muzeydə üzərində rəsmlər olan qaya daşları, Gəmiqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, fotoşəkillər, qayaüstü rəsmlərin fotoşəkilləri, eləcə də Naxçıvanın tarixinə aid elmi simpoziumların materialları sərgilənir.

Gəmiqaya rəsmləri Azərbaycanın qədim tarixinin, maddi və mənəvi mədəniyyətinin, incəsənətinin, eyni zamanda, xalqımızın etnogenez tarixinin öyrənilməsi üçün olduqca zəngin, dəyərli mənbələrdir. Burada yalnız bir nümunə göstərməklə kifayətlənmək olar. Belə ki, Gəmiqayada 252 nömrəli daşda canavarın keçiyə hücum etməsi, daha doğrusu, Azərbaycan folklorunda, etnoqrafiyasında bu günə qədər saxlanmış və heyvandarlar tərəfindən icra edilən “qurd ağzı bağlama” ayini təsvir edilib. Bununla əlaqədar burada üz-üzə dayanmış canavar və keçinin arasında hansısa əşyanın bağlandığı uzun xətt (kəndir) çəkilib. Etnoqrafik tədqiqatlar göstərir ki, “qurd ağzı bağlama” ovsununun icrası zamanı qırxlığın ağzını iplə və ya kəndirlə bağlayırlar. Gəmiqayadakı tunc dövrünə aid bu təsvirdə həmin səhnə, demək olar ki, bütün mahiyyəti ilə təsvir edilib.

Göründüyü kimi, Gəmiqaya rəsmləri Azərbaycan folklorunun minilliklər öncəyə – tunc dövrünə bağlandığını əyani şəkildə nümayiş etdirməklə yanaşı, etnogenez tariximizin tədqiqi üçün tutarlı faktlar verir. Süjet, kompozisiya mürəkkəbliyi ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inancına və əmək fəaliyyətinə, ovçu, maldar və əkinçi tayfaların təsərrüfat həyatına həsr olunub. Gəmiqaya qayaüstü təsvirləri içərisində bayram mərasimlərini əks etdirən rəsmlərlə yanaşı, müxtəlif astronomik və coğrafi təsvirli rəsmlər də var.

Xalqımızın tarixi etnoqrafiyası və arxeologiyası üçün mühüm əhəmiyyətə malik olan, bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən Gəmiqaya abidəsi qədim insanların dini, ideoloji, mifoloji, siyasi görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusudur. Bu rəsmlər qiymətli tarixi və təsviri sənət nümunələri kimi bundan sonra da tariximizin və mədəniyyətimizin ilkin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla izləməyə və öyrənməyə imkan verəcək.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR