SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

BEYLƏQAN TƏHSİLİNİN BƏRBAD GÜNLƏRİ

30-11-2016, 13:53 | Oxunub: 10 828 |

BEYLƏQAN TƏHSİLİNİN BƏRBAD GÜNLƏRİ

Xuraman Rüstəmovanın müdir təyinatından sonra, onun rəhbərlik etdiyi sahədə qol qoyduğu maxinasiyalardan biri də, təhsil şöbəsinin nəzdindəki vakant yerlərini gizlətməsi olub

Beyləqan təhsilində yaşananlar nəinki bu gün, hətta sabiq təhsil “şef”inin dövründə də daha çox müzakirələrə səbəb olurdu.
Nədənsə bu rayonun təhsilində yaşanan problemlər, bu gün də bitib tükənmək bilmir. Elə ki, Tofiq Sadıqov daşıdığı vəzifəsinə “əlvida” dedi, o halda əksəriyyət düşünürdü ki, Beyləqan təhsilindəki problemlər qısa zaman kəsiyində həllini tapacaq, haqq-ədalət öz yerini tutacaq.

Atalar demişkən “sən saydığını say, gör fələk nə sayır” misalı, deyəsən bu gün özünü tam çılpaqlığı ilə göstərməkdədir. Buna səbəb, Xuraman xanım Rüstəmovanın Beyləqan rayon Təhsil Şöbəsinə yeni müdir təyinatı, demək olar ki, bütün arzuları altüst etdi. O, işlədiyi qısa müddət ərzində Beyləqan təhsilinə elə bir zərbələrini vurdu ki, onun əməllərini eşidib görən hər kəs, sanki Tofiq Sadıqovun atasına min rəhmət də diləyir. Xuraman xanım xeyli müddət bundan əvvəl şöbə müdiri vəzifəsinə təyin olunub və onun ötən müddət ərzində Beyləqan təhsilini korrupsiya məngənəsində sıxaraq saxlaması, hər kəsə bəlli olan həqiqətdir. Məhz, onun belə bir addımların nəticəsidir ki, bu gün rayonda o, ən varlı oliqarx məmurlardan biri hesab olunur.
Xuraman Rüstəmovanın müdir təyinatından sonra, onun rəhbərlik etdiyi sahədə qol qoyduğu maxinasiyalardan biri də, təhsil şöbəsinin nəzdindəki vakant yerləri gizlətməsi olub. Əldə etdiyimiz səhih məlumatlara görə o, belə bir addımını atmaqla, dərs ilinin başlanğıcında xeyli sayda müəllimi işə götürür. Bu yöndə verilən xəbərlərdə o da bildirilir ki, onun işə götürdüyü müəllimlər müəyyən prosedurları keçmədən işlə təmin olunublar. Düzdür, xanım müdirənin atdığı addımlar barəsində, hələ xeyli müddət bundan əvvəl bəzi xəbər portallarında müəyyən açıqlamalar da işıq üzü görmüşdü. Verilən məlumatlarda o da vurğulanır ki, Xuraman xanım müdir təyinatından sonra, ona verilmiş səlahiyyətlərdən yararlanaraq, yaşı 65 həndəvərində olan müəllimlərə hədə-qorxu gəlir və onları işdən çıxaracağı ilə də hədələyir.

Etibarlı mənbələrdən əldə etdiyimiz digər məlumatlara görə, Beyləqan təhsilində təqribən 250-280 nəfər müəllim müqavilə əsasında çalışırlar. Bu il müəllimlərlə yeni müqavilə bağlamaq üçün, xanım şöbə müdiri onların hər birindən orta hesabla 400-500 manat “haqq-hesab” alıb. Bəzi xəbər portallarının yazdığına görə, Xuraman xanım rayonun Bahar qəsəbəsindəki məktəbə müqavilə əsasında işə götürdüyü alman dili müəlliməsindən 2500 manat pul alıb.Şöbə müdirinin qol qoyduğu qanunsuzluqlardan biri də, onun 10 yaxın məktəb direktorunu hədələməsi və onları daşıdıqları vəzifələrindən azad etməsi olub. Baxmayaraq ki, qanunla məktəb direktorlarını daşıdıqları vəzifələrindən Təhsil Nazirliyinin rəhbərliyi uzaqlaşdıra bilər. Əslində vəzifəsindən çıxarılan məktəb direktorlarının yerləri vakant yerlər kimi göstərilməli olduğu halda, həmin yerlər də bilərəkdən gizlədilir. Bu da çoxsaylı problemlərin əmələ gəlməsinə səbəb olur. Yaşananlarla bağlı verilən məlumatlarda o da bildirilir ki, direktor vəzifəsinə təyin olunanlar TN-də müsabiqədən keçməli və belə bir yolla həmin vəzifəyə sahib olmalıdırlar. Amma, xanım şöbə müdiri qanunun belə bir tələblərinə məhəl qoymadan, məktəblərin yerləşdiyi ərazilərdən asılı olaraq direktor təyin etdiyi hər kəsdən müxtəlif məbləğlərdə “haqq-hesab” alır və sonrakı addımlarını da atır.

Rayondakı mənbəmiz onu da bildirir ki, Xuraman xanımın maxinasiyaları təkcə belə bir addımları ilə yekunlaşmır. Çünki, o, vəzifəsinin icraasına başladığı ilk vaxtlardan başlayaraq özünə yaxın bildiyi şəxsləri irəli çəkdi, yəni onlara direktor vəzifəsini həvalə etdi. Bu zaman onun güddüyü məqamlıar, düşündüyü anlar o olur ki, mümkün qədər maxinasiyalara qol qoymaq və onların səs-sorağının ətrafa yayılmasının qarşısını almaq oldu. Yerli sakinlərdən bəziləri əməkdaşımıza bildirib ki, adicə şəhərin mərkəzi ərazilərində yerləşən məktəblərdə bu il də 1-ci sinifə qəbul pullu oldu. Sözsüz ki, şöbə müdirinin “dobrosu” olmadan, hansısa direktor belə bir addımını atmaz. Dha sonra Gundemxeber.az oxucularına müraciət edərək bildirir ki, Hörmətli oxucular! Ümumiyyətlə, Beyləqan təhsili neçə illərdir ki, problemlər məngənəsində boğulmaqdadır. Xuraman xanımın şöbə müdirliyinə təyinatı, ilk aylarda kimlərdəsə ümid hissi yaradırdısa, artıq bu gün olub-qalan ümidlər heçə enmək üzrədir. Odur ki, araşdırmamızı bundan sonra da davam etdirib, gələcəkdə əsl həqiqətləri üzə çıxartmağa çalışacağıq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR