SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Xəzərin icra başcısı Gülağa İslamovun qohumu rayonda qoçuluq edir

30-11-2016, 13:26 | Oxunub: 8 587 |

Vətəndaşlar icra nümayəndəsi və bələdiyyə sədrindən şikayətçi düşüblər

Xəzərin icra başcısı Gülağa İslamovun qohumu rayonda qoçuluq edir

Yazılı mətbuatda dərc olunmuş “Qala qəsəbəsində aksiyalar gözlənilir” sərlövhəli tənqidi materiallarda Xəzər RİH başçısının Qala qəsəbəsi üzrə nümayəndəsi Məzahir Hüseynovun yarıtmaz fəaliyyətindən doğan müxtəlif fəsadlardan bəhs olunub. Bu materialın dərcindən sonra yerli mətbuat qəsəbə sakinlərinin icra nümayəndəsinin maxinasiyalarına yerli bələdiyyə sədrinin də şərik olduğunu bildirirlər. Qeyd edək ki, mətbuatda bundan əvvəl də daxil olan məlumatlarda Qala bələdiyyəsinin sədri Talıb Babayevin həyata keçirdyi torpaq maxinasiyaları haqda iddialar öz əksini tapmışdı. Bu baxımdan hələ də ciddi problemlərin və böyük çatışmazlıqların olması yeni aldığımız məlumatlarda da təsdiq olunur.

Bildirilir ki, Qala bələdiyyəsinin fəaliyyəti dövrü olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Əksər hallarda Talıb Babayev ərazidə təmir bərpa işlərinin, abadlaşdırmanın aparılması, sosial-məişət problemlərinin həlli üçün lazımi vəsaitin olmadığından şikayətlənir. Eyni zamanda həmin məmur elə sakinlərin gözü qarşısındaca gündən-günə varlanır, ev, avtomobil, villa sahibinə çevrilir.

Bütün bu sərvətə sahib olmanın yeganə mənbəyi olaraq isə, mənbələr bələdiyyə sədrinin məhz Məzahir Hüseynovla birlikdə həyata keçirdikləri korrupsiya əməllərini göstərirlər. Artıq qeyd olunduğu kimi icra nümayəndəsi Məzahir Hüseynov bu vəzifəyə 2-3 iı bundan əvvəl təyin olunub. Həm də yerli kadrlardan olmayan bu məmurun təyinatı birbaşa onun Xəzər RİH-nin başçısı Gülağa İslamovla quda olması faktına əsaslanıb. Buna görə də Məzahir Hüseynovun törətdiyi əməllər qəsəbədə nəzərəçarpacaq dərəcədə gərginlik yaranmasına şərait yaradır. Mənbələr tərəfindən xüsusi olaraq vurğulanır ki, Qalada böyük səlahiyyətlərə sahib olan icra nümayəndəsinin razılığı olmadan qəsəbədə bircə qarış belə olsun torpaq alqı-satqısı həyata keçirilə bilməz.

Bildirilir ki, yerli sakinlər pay torpaqların alınması zamanı çox ciddi çətinliklərlə üzləşdikləri halda, kənar şəxslərin bu ərazilərdə torpaq sahələri almağı heç bir problemlə müşayət olunmur. Təbii ki, tələb olunan məbləği ödəmək şərti ilə. Qeyd etmək lazımdır ki, analojı problem Xəzər rayonunun bəzi digər qəsəbələrində də mövcuddur. Məlumatlarda belə bir məqam da öz əksini tapır ki, Məzahir Hüseynovun qazanmaq hərisliyi bu torpaq maxinasiyaları ilə də tam təmin olunmur. Buna görə də icra nümayəndəsi artıq qəsəbədə illər bundan əvvəl salınmış həyət-bacalara da haqq qoymaq iddiasına düşüb. Məlum olduğu kimi bir müddət əvvəl ölkə rəhbərliyi tərəfindən içərisindən çoxdan yaşayış olan, lakin müəyyən səbəblərdən sənədi olmayan evlərin sənədləşdirilməsinə dair müvafiq göstərişlər verilmişdi. Lakin Məzahir Hüseynov ölkə rəhbərliyinin bu göstərişini də özünəməxsus tərzdə həyata keçirməyi planlaşdırıb.

Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, icra nümayəndəsi sənədsiz evlərin sahiblərini bu evləri uçuracağı ilə hədələyir. Həm də bəzi hallarda bu hədələrin boş olmadığını isbatlamaq üçün həyətlərin hasarlarının bir hissəsini uçurur da. Ev sahiblərinə isə küçədə qalmamaq üçün təcili sənəd almaq “tövsiyyə” olunur. Ən maraqlısı da budur ki, təklif olunan sənədlərin müqabilində Məzahir Hüseynov ev sahiblərindən 2-3, bəzən isə hətta 5 min manat pul tələb edir. Yeni aldığımız məlumatlarda mənbələr məhz bələdiyyə sədri Talıb Babayev tərəfindən icra nümayəndəsi üçün “sənədləşmə əməliyyatına” cəlb olunası sakinlərin siyahısının tərtib olunduğunu vurğulayırlar.Bizə olunan müraciətləri nəzərə alaraq bir daha qeyd etmək istəyirik ki, qəsəbə sakinləri bir müddət əvvəl Məzahir Hüseynovu onun bu əməllərindən Xəzər RİH-nin başçısı Gülağa İslamova şikayət edəcəkləri barədə xəbərdarlıq ediblər. Lakin başçı ilə qohumluq əlaqələrinə güvənən icra nümayəndəsi belə xəbərdarlıqlara heç bir məhəl qoymur...

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR