SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Əliyevin Serji yalvartmasının heyrətamiz pərdəarxası - ÖZƏL

29-11-2016, 14:13 | Oxunub: 12 741 |

Əliyevin Serji yalvartmasının heyrətamiz pərdəarxası - ÖZƏL

Prezident İlham Əliyevin son dövrlərdəki çıxışlarında da hərbi ritorikanın artması daha aydın görünür

Yerli mətbuatınyaydığı məlumatda deyilir ki, sürətli silahlanma prosesi indi yeni mərhələyə qədəm qoyub.

Ən müasir və son nəsil silah-texnika ilə təminat Ordumuzun hərbi arsenalını dünyanın güclüləri səviyyəsinə qaldırıb. Mühüm faktlardan biri də odur ki, İlham Əliyev Azərbaycanın hərbi sistemini başdan-başa müsbətə doğru dəyişdirib.

Onun apardığı islahatlarla daha effektiv ordu formalaşdırıb. Əsgərin yatacağından yeməyinə, təlimindən silahına, səngərindən istirahətinə qədər hər şey ən müasir standartlar səviyyəsindədir.

Bütün bu proseslər ardıcıl, intensiv səciyyə daşıyır və görülən işlərin nəticələri davamlı olaraq yoxlanılır. Birbaşa olaraq Ali Baş Komandanın nəzarəti ilə keçirilən hərbi təlimlər mütəmadi hal alıb.

Artıq beynəlxalq hərbi ekspertlər də birmənalı bəyan edirlər ki, Ordumuz Cənubi Qafqazın ən güclü, hazırlıqlı silahlı qüvvəsinə çevrilib, istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Lakin aprel ayında Azərbaycan Ordusu cəbhə xəttində inamla irəliləyərkən Rusiya rəhbərliyinə yalvararaq onlardan İlham Əliyevə minnətçi düşmələrini istəyən S.Sarkisyan atəşin dayandırılması üçün həmsədrlərin təklifini qəbul edəcəyinə söz vermişdi.

Görünən odur ki, erməni rəhbəri vəzifə hərisliyini hər şeydən öndə tutmaqla miskin səviyyəsini növbəti dəfə göstərir və verdiyi sözün ardından yenə də qaçır.

Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olub.

Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir.

Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.

İlham Əliyevin üslubu məlumdur: onun söylədiyi sözün arxasında hökmən konkret əməl, fəaliyyət dayanmalıdır. Prezident fakta söykənmədən bir bəyanat verməz.

Bu baxımdan da politika.az qeyd edirki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı aprel zəfəri “Əsgərlərimiz Qarabağı işğaldan azad etməyə qadirdir” bəyanatının real təsdiqi idi! Prezidentin “Qarabağ münaqişəsi daha çox Ermənistana, sadə erməni xalqına ziyan vurub. Onlar hərbi faşist diktaturası olan hakimiyyətin girovuna çevrilib” fikri də, əslində, erməni xalqına çağırışdır.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR