17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
“Ermənistan işğal olunmuş rayonları qaytarmaqdan imtina edib”
“Rusiya son illərdə Azərbaycana silah təchizatını artırmaqla Ermənistanı Rusiya-Ermənistan birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına razılaşmaq məcburiyyətində qoydu
Bu amil həm də Rusiyanın Ermənistanın 25 il əvvəl işğal etdiyi, Azərbaycanın ayırlmaz tərkib hissəsi olan Dağlıq Qarabağdakı münaqişənin nizamlanması (və ya həll edilməməsi) “açar”ını ələ keçirməsi deməkdir”.
Bunu “The Prince Albert Herald” qəzetindəki məqaləsində Cənubi Qafqazdakı vəziyyəti təhlil edərkən kanadalı analitik, Karlton Universitetinin tətqiqatçısı Robert Katler yazıb.
Onun sözlərinə görə, Kreml regionda balansı qorumaq və Ermənistanı təsiri altında saxlamaq məqsədilə, Dağlıq Qarabağda sülh əldə edilməsi üçün yeni təkliflər irəli sürüb.
R.Katler qeyd edib ki, bu təklifə Azərbaycanın işğal olunmuş yeddi rayonundan ikisinin geri qaytarılması daxil idi, digər rayonların taleyi sonraya qalacaqdı. Analitik bildirib ki, Ermənistan əvvəlcə bu təklifi qəbul etsə də, sonradan torpaqları geri qaytarmaqdan imtina edib.
R.Katlerin sözlərinə görə, narahatlıq doğuran başqa məqam “Metsamor” AES-in təhlükəsizliyi məsələsidir: “1999, 2003, 2004, 2007, 2009, 2010 və 2014-cü illərdə Gürcüstan polisi radioaktiv maddələrin qanunsuz alverinə görə Ermənistan vətəndaşlarını həbs edib”.
Analitik deyib ki, həmin şəxslər Ermənistana ekstradisiya ediləndən sonra yüngül cəza alıblar: “Özü də əvvəllər saxlanılanların bəziləri sonradan eyni ittiham üzrə yenidən həbs olunublar”.