SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Gəncənin icra başçısı Qafqazın Şeyxinə qarşı...

22-11-2016, 15:52 | Oxunub: 8 978 |

Gəncənin icra başçısı Qafqazın Şeyxinə qarşı...

Gəncənin icra başçısı Qafqazın Şeyxinə qarşı həmləyə keçib

Bu kampaniyanın təfərrüatları yerli mətbuatda yayılıb.

İddialara görə, Elmar Vəliyev Hacı Allahşükür Paşazadənin “İmamzadə” ziyarətgahındakı adamı olan axund Hacı Tahir Abbaszadəyə hücum etməklə Şeyxi bitirmək missiyasını yerinə yetirir.

Gəncə “xanı”nın mənsub olduğu siyasi düşərgə A.Paşazadə əleyhinə kampaniya aparmaq istəyir. Məqsədin Şeyxin yerinə klanın öz adamını yerləşdirməkdir.

Əvvəlcə, yüngül zərbə endirməklə - “İmamzadə” axunduna hücumla proses başlanır. Son hədəf isə Şeyxi devirməkdir. Onun ayağının altını qazan qüvvələr hərəkətə Gəncədən keçib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə Gəncə icra başçısının təmsil olunduğu qruplaşmanın adamı təyin edilə bilər. İqtidar daxilindəki bu savaşın görünən tərəfi axunda hücum edilməsidir.

Yerli mətbuatdan verilən xəbərlərə görə hakimiyyət içindəki bu qarşıdurmanın necə yekunlaşacağı sual doğurur. Şeyxin də kifayət qədər nüfuzu var və ona edilən təzyiqlər barədə daha yuxarı eşelona məruzəsi gözləniləndir. QMİ sədrinin devrilməsinin nə dərəcədə mümkün olacağı qeyri-müəyyəndir. Qeyd edək ki, “İmamzadə”nin əməkdaşları İlham Abbasovu və Elbrus Məmmədovu həbs etmişdilər.

Həbs olunan əməkdaşlardan Elbrus Məmmədova 7 sutka verilsə də, İlham Abbasovu bir gün saxlayıb sonra buraxmışdılar. Elmar Vəliyevin yaxın qohumu olan və onun “İmamzadə”yə təyin etdiyi Namiq Allahverdiyev azad edilmiş, 7 sutka həbs cəzası alan dindar Elbrus Məmmədov 2 gün sonra Gəncə Apellyasiya Məhkəməsi tərəfindən cərimə olunaraq azadlığa buraxılmış, “İmamzadə” ziyarətgahının bağlanmış qapıları yenidən ziyarətçilərin üzünə açılmışdı.

10 minlərlə insanın qarşısında xütbə verən Hacı Tahirin nitqi Elmar Vəliyevin qəzəbinə səbəb olub. Hacı Tahir xütbəsində təbii ki, İmam Hüseynin şəhadətindən danışıb və Kərbəla müsibətinin tarixi dərsləri haqqında geniş moizə edib.

Çıxışının sonunda prezident İlham Əliyevin İslam dininə göstərdiyi xoş münasibətdən və onun “İmamzadə” ziyarətgahını abadlaşdırmasından danışan Hacı Tahir, prezidentə buna görə təşəkkürünü bildirib. Hər şey də bundan sonra başlayıb.

Aşuranın 7-də Elmar Vəliyev youtubedə Gəncə Aşurasından çəkilən və yerləşdirilən videoya baxaraq daha da qəzəblənib. O, bu qəzəbini şəhər ictimaiyyətinin iclasına dəvət olunmayan Hacı Tahirin qarasınca iclasda bildirib və onun bütpərəstlikdə ittiham edib.

Hacı Tahir bildirmişdi: “Elmar Vəliyev məni şəhər ictimaiyyətinin qarşısında təhqir edib. “Aşura” günündə “İmamzadə”də prezident İlham Əliyevin ünvanına dediyim xoş sözlərdən sonra mənə “bütpərəst” deyib və məni hədəfə götürüb. Politika.az daha sonra bildirirki, “İmamzadə”yə Namiq Həsən oğlu Allahverdiyev adlı bir qohumunu təyin etdi və mənim adamlarımı, idarənin əməkdaşlarını iş görə bilməyəcək hala gətirdi. Dindar ovuna başlayıb şəhərdə.”

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR