SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Slavyan Universitetinin rektoru öz ambisiyalarına “əsir düşüb”

21-11-2016, 17:55 | Oxunub: 9 368 |

Slavyan Universitetinin rektoru öz ambisiyalarına “əsir düşüb”

Bu hisslər Nurlana Əliyevanın Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş dövlət tədbirində aşkar şəkildə dözümsüzlük nümayiş etdirməsinə yol açıb

Dünən ölkə mətbuatında yayımlanan məlumatlarda Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyevanın Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş dövlət tədbirində aşkar şəkildə dözümsüzlük və qeyri-tolerantlıq nümayiş etdirməsindən bəhs olunmuşdu. Məlumatlarda deyilir: “Noyabrın 16-da “Four Seasons” Hotelində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Gününü təntənəli şəkildə qeyd edib. Tədbirdə Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, elm, mədəniyyət xadimləri və dini icmaların təmsilçiləri iştirak ediblər. Yüksək səviyyədə təşkil olunmuş Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirə dəvət olunanlar sırasında Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva da var idi. Tədbir təşkilatçıları onu yüksək ədəb və səmimiyyətlə rektorlar üçün ayrılmış masaya dəvət ediblər. Lakin Nurlana xanım heç 5 dəqiqə oturmamış, dözümsüzlük nümayiş etdirərək tədbiri tərk edib. O, tədbiri tərk etməsini ona olan sayğısızlıqla əlaqələndirib. Sonradan məlum olub ki, həmin masa həqiqətən rektorlar üçün ayrılıbmış. Tədbirdə Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı oxunub...”

Etiraf edək ki, Nurlana xanımın bu tərzdə davranışı bizi qətiyyən təəccübləndirmədi. Bunun da öz səbəbləri var. Məsələ bundadır ki, şəxsi ambisiyalarına qapılan insanlardan tolerantlığı yalnız danışıqda, sözdə gözləmək olar. Əməllərə gəlincə isə...

Əməllərə gəlincə isə, Nurlana Əliyevanın ölçüyəgəlməz ambisiyaları, onun hələ Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M.Ə.Sabir adına pedaqoji kollec) rəhbərlik etdiyi vaxtlardan çoxlarına yaxşı məlumdur. Qeyd edək ki, qəzetimizin ötən saylarında biz bu mövzuda bir neçə dəfə tənqidi materiallarla çıxış etmişdik. Həmin vaxt əldə etdiyimiz təkzibolunmaz faktlara əsaslanaraq biz göstərmişdik ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin fəaliyyətində yer almış çoxsaylı neqativ hallar da məhz Nurlana Əliyevanın öz ambisiyalarının əsirinə çevrilməsindən dolayı yaşanmaqdadır. Maraqlıdır ki, aldığımız açıqlamalarda o zaman kollec direktorunun yol verdiyi özbaşınalıqların və qanun pozuntularının hətta Təhsil Nazirliyinin diqqətindən də böyük məharətlə yayındırıldığı bildirilirdi. Hərçənd, buna qədər Təhsil Nazirliyində artıq iki dəfə Nurlana Əliyevanın təqaüdə çıxarılması ilə bağlı məsələyə baxılmışdı. Ən azından kollec direktorunun yaşı buna tam əsas verirdi. Lakin hər dəfə müəyyən şəxslər məsələyə müdaxilə edərək, bunun qarşısını almış və Nurlana Əliyevanın vəzifədə qalmasını təmin edə bilmişdilər. Məlum olduğu kimi, Nurlana Əliyeva YAP-ın Qadınlar Şurasının sədridir. Böyük ehtimalla məhz elə bu məqam da həmin vaxt həlledici amil kimi çıxış etmişdi.

Lakin bütün bu baş verənlərin nəticə etibarı ilə Nurlana xanımın karyera yüksəlişinə səbəb olması, artıq bir çoxlarını, o cümlədən bizi də xeyli heyrətləndirdi. Nurlana Əliyevanın Bakı Slavyan Universitetinə rektor təyin olunmasından sonra bu ali təhsil müəssisəsində müşahidə olunan proseslər tam əminliklə bunu söyləməyə əsas verir ki, yeni rektor nəinki ölkə rəhbərliyinin etimadını doğruldacağına dair verdiyi sözə əməl etmək niyyətində deyil, əksinə bir çox məqamlarda Nurlana xanım bir başa dövlət başçısının yürütdüyü siyasətin ziddinə addımlar atır. Məsələ bundadır ki, Nurlana Əliyevanın BSU-nun yeni rektoru postunda atdığı ilk addımlar bu ali təhsil müəssisəsində əsaslı kadr dəyişiklikləri həyata keçirməkdən ibarət olub. Belə ki, Nurlana xanım son 26 il ərzində rəhbərlik etdiyi Pedaqoji Kollecin müəllim heyətinin böyük bir hissəsini özü ilə universitetə gətirib. Diqqətəlayiq haldır ki, özünün də artıq 70 yaşı olan Nurlana xanımın BSU-da işlə təmin etdiyi müəllimlərdən də ən cavanının yaşı 65-ə yaxındır. Görünür, universitetdə “daxili nizam-intizamı möhkəmləndirmək” bəhanəsilə öz yaxın ətrafını işlə təmin edən yeni rektor, bu addımlarının Ölkə Prezidentinin yürütdüyü gənclər siyasətinə qətiyyən uyğun olmadığının fərqinə belə varmayıb. Əlbəttə ki, bunun da əsas səbəbi yenə də yüksək ambisiyalar, “mənəm-mənəm” mərəzi olub.

Aldığımız məlumatlara əsaslanaraq, biz artıq qeyd etmişdik ki, indi BSU-nun tələbələri təhsil aldıqları universiteti öz aralarında “Nurlana Əliyeva adına Bakı Qocalar Evi” adlandırırlar. Bu arada isə, belə bir məqamı da xatırlatmaq yerinə düşər ki, əldə etdiyimiz digər bir məlumata görə, Təhsil naziri Mikayıl Cabbarov özü, ilkin olaraq Nurlana Əliyevanın BSU-nun rektoru postuna təyinatına razı olmayıb. Lakin sonradan, bəzi nüfuzlu şəxslərin təkidli xahişləri naziri bu dəfə də öz fikrindən döndərə bilib. Göründüyü kimi, Nurlana Əliyevanın kollecə rəhbərlik etdiyi zaman onun Təhsil Nazirliyində təqaüdə çıxarılması ilə bağlı məsələnin müzakirəsi zamanı yaşanan məqamlar bu dəfə də öz təsirini saxlaya bilib.
Digər tərəfdən isə, Nurlana Əliyevanın Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim heyəti ilə birgə, həmin kollecdə tətbiq etdiyi idarəçilik üsullarını da eynilə olduğu kimi Bakı Slavyan Universitetinə transfer edəcəyi ehtimalı da artıq özünü tam doğrultmaqdadır. Məlum olduğu kimi, Nurlana xanımın rəhbərliyi dövründə Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil alan tələbələrin bütün imtahanlara hazırlıq prosesi ilk növbədə tələb olunan vəsaitin hazırlanması ilə müşayiət olunub. Bu xüsusda redaksiyamıza dəfələrlə müraciət etmiş kollec tələbələri bildirirdilər ki, hər növbəti sessiyanı uğurla başa vurmaq üçün rəhbərlik tərəfindən müəyyən olunmuş məbləğ 400 ABŞ dolları civarındadır. Dərslərdə iştirak etməyən tələbələr üçün isə, bu məbləğ artıq 600 ABŞ dolları dəyərində müəyyənləşdirilmişdi. İndi isə, analoji pul yığımlarının, lakin daha böyük məbləğ və miqyaslarda BSU-da həyata keçiriləcəyi artıq heç kimdə şübhə doğurmur. Elə Nurlana Əliyevanın universitetə öz komandasını gətirməkdə də əsas məqsədi, bu prosesləri artıq “baş ağrısı” olmadan təmin etməkdir. Bu xüsusda redaksiyamıza təqdim olunan açıqlamalardan bir neçəsində də bu fikir öz təsdiqini tapmışdı: “Nurlana xanım universitet sistemini bir o qədər də dərindən bilmir. Uzun müddət rəhbəri olduğu kollecdə işlər necə gedirdisə, həmin mexanizmi indi BSU-da tətbiq eləməyə çalışır. Hamıya yaxşı bəllidir ki, həmin kollec barədə ayrı-ayrı mətbu orqanlarında zaman-zaman rüşvət və korrupsiya hallarından yazılıb. Əgər yazılanlar doğrudursa və həmin sistem BSU-da tətbiq edilərsə, bu, bizim ali məktəb üçün çox böyük problem yarada bilər. Mən düşünürəm ki, proseslər buna doğru gedir. Artıq qış imtahan sessiyasına “hazırlıq” dövrünün ən qızğın günləri başlamaq üzrədir. Təbii ki, bu dövrün daha çox pul yığımları ilə əlamətdar olacağını gözləyənlər öz zənnlərində yanılmayıblar. Belə ki, universitetin rəhbərliyi tərəfindən bu barədə müvafiq “tövsiyyələr” də artıq verilib...”

Bütün bu əməllərə yol verən Nurlana Əliyeva haqda xəbər verən Bizim Dövür.az daha sonra bildirir ki, öz ambisiyalarının təmin olunması üçün istənilən bir addımı ata biləcəyi heç də gözlənilməz olmamalıdır.

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR