SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Əhəd Abıyev rayonu üz-gözünə bulaşdırdı, Administrasiyadan zəng gəldi - Təfsilat

21-11-2016, 16:27 | Oxunub: 8 238 |

Əhəd Abıyev rayonu üz-gözünə bulaşdırdı, Administrasiyadan zəng gəldi - Təfsilat

Noyabrın 9-da, Bayraq Günü Daşkəsəndə şousu icra başçısı Əhəd Abıyevə baha başa gəlib

Mətbuata rayondakı mənbələrdən sızan xəbərə görə, Ermənistan yerinə Kolumbiya bayrağının maketini sındıran Abıyevə töhmət verilib.

Mənbənin sözlərinə görə, icra başçısına yuxarıdan zəng olunub. Yol uzaq olduğuna görə icra hakimi Prezident Administrasiyasına çağırılmayıb. Ona telefonda qiyabi şəkildə xəbərdarlıq olunub.

Nəzərinə çatdırılıb ki, Daşkəsəndə təşkil etdiyi tədbiri üz-gözünə bulaşdırıb. Ona deyilib ki, ölkə rəhbərliyi məsələdən agahdır və heç də Ə.Abıyevin hərəkətləri onların xoşuna gəlməyib.

Qaynaq iddia edir ki, Kolumbiya mətbuatının həmin biabırçılığı yazması PA-da qəzəblə qarşılanıb. Çünki məsələnin Latın Amerikasına qədər gedib çıxması və Ermənistanda məsxərəyə qoyulması ölkənin xarici siyasətinə mənfi xal qazandırıb.

Ə.Abıyev ölkənin xarici siyasətini ələ salıb. Buna görə ona ciddi şəkildə xəbərdarlıq olunub. Deyilib ki, bu cür tədbirləri şouya çevirməsin, boksçu kimi meydana çıxıb ictimaiyyətdə gülüş obyekti olmasın və barmaqlarının sınması kimi qeyri-ciddi məsələləri mediada çıxarmasın.

Rayonun icra başçısı Əhəd Abıyev rəsmi Bakının Dağlıq Qarabağ və tolerantlıq siyasətinə qarşı gedib.

O, 9 noyabr Bayraq Gününə həsr olunan tədbir zamanı Ermənistanın şiferdən olan bayrağını yumruqla sındırıb. Bu ayrı məsələdir ki, həmin bayrağın Kolumbiyaya aid olduğu üzə çıxıb. Əsas vacib məqam icra hakiminin hökumətin siyasətinin əleyhinə getməsidir.

Ə.Abıyev ölkəyə gələn erməni fəallar - Vahe Avetyan, Mitrosyan və Ciqanyanın dövlət tərəfindən qarşılanaraq mühafizə olunması, onların dialoqonun təşkili, hotellərdə yerləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsi fonunda vitrini pozur.

Daşkəsən meri Azərbaycanın tolerant, konstruktiv mövqeyinə zidd gedərək, sülh danışıqları prosesinə zərbə vuran addım atıb. Ümumiyyətlə, son zamanlar Daşkəsənin icra başçısının fəaliyyəti yuxarıları qane etmir. Onun hərəkətləri mərkəzlə razılaşdırılmamış və öz təşəbbüsü nəticəsində baş verir. Ona görə də Ə.Abıyevə “stop” deyilə bilər.

Ə.Abıyev və müavini Namiq Süleymanovun taladığı zəngin sərvətlərə malik Daşkəsəndə Hesablama Palatasının yoxlamasına ciddi şəkildə zərurət var.

Mənbənin qeydlərinə görə, müvafiq dövlət orqanları rayon rəhbərliyinin fəaliyyətini araşdırsa ortalığı çox ciddi qanun pozuntuları, büdcə yeyintiləri, məmurların əhalinin başına açdığı olmazın müsibətlər ifşa edilə bilər.

Noyabrın 9-da, Bayraq Günü Daşkəsəndə şousu icra başçısı Əhəd Abıyevə baha başa gəlib. Rayondakı mənbələrdən sızan xəbərə görə, Ermənistan yerinə Kolumbiya bayrağının maketini sındıran Abıyevə töhmət verilib.

Mənbənin sözlərinə görə, icra başçısına yuxarıdan zəng olunub. Yol uzaq olduğuna görə icra hakimi Prezident Administrasiyasına çağırılmayıb. Ona telefonda qiyabi şəkildə xəbərdarlıq olunub.

Nəzərinə çatdırılıb ki, Daşkəsəndə təşkil etdiyi tədbiri üz-gözünə bulaşdırıb. Ona deyilib ki, ölkə rəhbərliyi məsələdən agahdır və heç də Ə.Abıyevin hərəkətləri onların xoşuna gəlməyib.

Qaynaq iddia edir ki, Kolumbiya mətbuatının həmin biabırçılığı yazması PA-da qəzəblə qarşılanıb. Çünki məsələnin Latın Amerikasına qədər gedib çıxması və Ermənistanda məsxərəyə qoyulması ölkənin xarici siyasətinə mənfi xal qazandırıb.

Ə.Abıyev ölkənin xarici siyasətini ələ salıb. Buna görə ona ciddi şəkildə xəbərdarlıq olunub. Deyilib ki, bu cür tədbirləri şouya çevirməsin, boksçu kimi meydana çıxıb ictimaiyyətdə gülüş obyekti olmasın və barmaqlarının sınması kimi qeyri-ciddi məsələləri mediada çıxarmasın.

Daha sonra bildirilir ki, rayonun icra başçısı Əhəd Abıyev rəsmi Bakının Dağlıq Qarabağ və tolerantlıq siyasətinə qarşı gedib.

O, 9 noyabr Bayraq Gününə həsr olunan tədbir zamanı Ermənistanın şiferdən olan bayrağını yumruqla sındırıb. Bu ayrı məsələdir ki, həmin bayrağın Kolumbiyaya aid olduğu üzə çıxıb. Əsas vacib məqam icra hakiminin hökumətin siyasətinin əleyhinə getməsidir.

Ə.Abıyev ölkəyə gələn erməni fəallar - Vahe Avetyan, Mitrosyan və Ciqanyanın dövlət tərəfindən qarşılanaraq mühafizə olunması, onların dialoqonun təşkili, hotellərdə yerləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsi fonunda vitrini pozur.

Daşkəsən meri Azərbaycanın tolerant, konstruktiv mövqeyinə zidd gedərək, sülh danışıqları prosesinə zərbə vuran addım atıb. Politika.az qeyd edirki, ümumiyyətlə, son zamanlar Daşkəsənin icra başçısının fəaliyyəti yuxarıları qane etmir. Onun hərəkətləri mərkəzlə razılaşdırılmamış və öz təşəbbüsü nəticəsində baş verir. Ona görə də Ə.Abıyevə “stop” deyilə bilər.

Ə.Abıyev və müavini Namiq Süleymanovun taladığı zəngin sərvətlərə malik Daşkəsəndə Hesablama Palatasının yoxlamasına ciddi şəkildə zərurət var.

Mənbənin qeydlərinə görə, müvafiq dövlət orqanları rayon rəhbərliyinin fəaliyyətini araşdırsa ortalığı çox ciddi qanun pozuntuları, büdcə yeyintiləri, məmurların əhalinin başına açdığı olmazın müsibətlər ifşa edilə bilər.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR