SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Şərifovla Rüstəmovun istefasının vaxtı çatıb.

21-11-2016, 14:27 | Oxunub: 8 540 |

Şərifovla Rüstəmovun istefasının vaxtı çatıb.

Mərkəzi Bankın sədri Elman Rüstəmovla maliyyə naziri Samir Şərifov muradına çatdı; İlin sonunda 1 dolların 2 manat olacağı haqda proqnozlar özünü doğrultdu...

Baş bankirlə maliyyə naziri Azərbaycan manatını rəsmən basdırdı.

2014-cü ildən başlayaraq ölkənin maliyyə-valyuta sistemini məhv edən bu iki məmurun yarıtmaz idarəçiliyi nəticəsində bütün sahələr böhrandadır.

Deputat Vahid Əhmədovun və iqtisadçıların verdiyi proqnoz doğru çıxdı - ilin axırında qara bazarda 1 ollar 2 manatdır. Yəni, 1,95-ə çatıb. Üstəlik, yaradılan panika və ajiotaj nəticəsində minlərlə iş adamına zərər dəyir, müflis olur.

Banklar isə dollar satışını rəsmən dayabndırıb. İstisna banklar var ki, 200 dollardan artıq satmır. Beləliklə, xalqın və ölkənin iqtisadi sistemini darmadağın edən Rüstəmovla Şərifovun vəzifədən getməsinin vaxtı təmiz yetişib.

Məlumata görə, dolların satışını dayandıran bankların sayı artır, satanlar isə limiti azaldırlar. Satışı dayandıran bankların sayı artdıqca “qara bazar”da da dollar bahalaşır.

Dollar “qara bazar”da 1.8150 manatdan alınır, 1.8220-1.8250 manatdan satılır. Digər mənbəyə görə, bəzi ünvanlarda dollar 1.84 manata satılır.

Sosial şəbəkələdə yazılan məlumatlara görə, “qara bazar”dan dolları 1.95 manatdan alan da var. Banklarda dolların ən yüksək satış qiyməti 1.7775 manatdır. Lakin bu qiymətə də dollar almaq mümkün deyil.

Baş bankir Elman Rüstəmovun yarıtmaz pul siyasəti ölkə iqtisadiyyatına sarsıdıcı zərbə vurub. Ümid ancaq prezident İlham Əliyevə qalıb. AMB sədri manatın qatili kimi cəzalandırılır. Bir müddət sonra AMB-nın ləğvi də gündəmə gələ bilər.

AMB sədrinin yartımaz idarəçiliyi nəticəsində manat günbəgün ucuzlaşır. Mərkəzi Bank devalvasiyasının növbəti dəfə olacağını nə təkzib edir, nə təsdiq.

Bu susqunluq dəhşətli bir vahimə yaradır. Dolların hər gün kursunun dəyişməsi və qalxması ilə paralel olaraq bazarlarda qiymətlər də kəllə-çarxdadır. Hökumət heç bir anti-böhran tədbiri həyata keçirmək istəmir.

Mərkəzi Bank və Maliyyə Nazirliyinə yönəlik tənqidlər də artıq faydasızdır. Emtv.az Politika.az istinadən bildirirki, hər iki qurum manatın məzənnəsini qoruyub saxlanmasında heç bir iş görmür. Ona görə də manatı ucuzlaşır, həyat bahalaşır. Tək yol Şərifovla Rüstəmovun istefasıdır.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR