SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Əcnəbilər də pensiya alacaqlar, fərdi şəxsi hesabı olanların sayı açıqlandı.

8-11-2016, 12:23 | Oxunub: 262 |

Əcnəbilər də pensiya alacaqlar, fərdi şəxsi hesabı olanların sayı açıqlandı.Bu il fərdi uçot sistemində əlavə olaraq 5 min 500 nəfərə yaxın əcnəbi qeydiyyata alınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev mətbuata bildirib ki, sistemdə fərdi şəxsi hesabı olan xarici ölkə vətəndaşlarının sayı cari 33355 nəfərə çatıb. Onların 88,3 faizi kişilər, digərləri qadınlardır.
Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilər 120 ölkəni təmsil edirlər. Onların arasında Тürkiyə (15482 nəfər), Gürcüstan (3235 nəfər) və Rusiya (1922 nəfər) vətəndaşları çoxluq təşkil edir. Eyni zamanda, sistemdə Özbəkistandan (1758 nəfər), Hindistandan (1416 nəfər), İrandan (1043 nəfər), Çindən (921 nəfər), Banqladeşdən (859 nəfər), Pakistandan (701 nəfər), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığından (665 nəfər), Ukraynadan (549 nəfər), Türkmənistandan (322 nəfər), Filippindən (301 nəfər), ABŞ-dan (285 nəfər), Almaniyadan (266 nəfər), Qazaxıstandan (254 nəfər), İtaliyadan (214 nəfər) və s. ölkələrdən olan əcnəbilər qeydiyyatdadır.
Fərdi uçot sistemi ölkəmizdə işləyən, respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən əcnəbilərə də şamil olunmaqla, onların şəxsi hesablarında pensiya kapitalı toplamalarına şərait yaradıb. Bu isə Azərbaycan vətəndaşları kimi, ölkədə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin də gələcək pensiya təminatları üçün müvafiq hüquq əsasın yaradılmasına imkan verib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR