08 noy 09:37Oxunub: 199 |

Çarpayı altında gizlənən kimdi?

Çarpayı altında gizlənən kimdi?Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Emtv.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid Salyan Hüseynov ifadə verib. Şahid M. Əhmədovun onun oğlunu aldatdığını bildirib: "Maşallahı 20 il ildir, tanıyıram. Oğlumun banka borcu var idi. Maşallahın yanına gedib, bu haqda ona dedim. O da mənə məsələni həll edəcəyini bildirdi. Banka gedib 12 min dollar kredit götürdük. Maşallah pulun onda qalmasını istədi. Sonra Maşallahdan xəbər çıxmadı".
O bildirib ki, hazırda M. Əhmədovun onun oğluna 3 min manat borcu var.
S. Hüseynovun oğlu Sərxan Hüseynov isə deyib ki, M. Əhmədovdan pulunu istəməyə gedəndə o, çarpayının altında gizlənib.
M. Əhmədov şahidin yalan danışdığını deyib.
Proses noyabrın 15-də davam edəcək.
Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1238
XƏBƏR LENTİ

Reklam
Məzənnə