SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İkinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsi çərçivəsində elmi-populyar məruzələr dinlənilib

3-11-2016, 06:51 | Oxunub: 11 097 |

İkinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsi çərçivəsində elmi-populyar məruzələr dinlənilibNoyabrın 1-də keçirilən ikinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində elmi-populyar məruzələrlə davam etdirilib.

Festival iştirakçılarını salamlayan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev elmin inkişafının ölkəmizdə, o cümlədən muxtar respublikamızda daim dövlətimizin diqqət mərkəzində olduğunu qeyd edib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan akademik bu gün muxtar respublikada elmin hərtərəfli qayğı ilə əhatə olunduğunu, elmi mühitin formalaşdığını, elm sahəsində yeni-yeni nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. O, ikinci Azərbaycan Elm Festivalının əldə olunmuş elmi nailiyyətlərin daha geniş təbliğinə xidmət etdiyini qeyd edib, festivalın ilk mərhələsinin qədim elm və mədəniyyət mərkəzi olan Naxçıvanda keçirilməsinin əhəmiyyətini vurğulayıb.
İsmayıl Hacıyev çıxışını “Tarixi biliklər ictimai-siyasi hadisələrin təhlilində mühüm vasitə kimi” mövzusunda məruzəsi ilə davam etdirib. Qeyd edib ki, tarixi biliklər cəmiyyət həyatında baş verən istənilən ictimai-siyasi prosesin düzgün qiymətləndirilməsində mühüm rol oynayır. Bu baxımdan tarixin öyrənilməsi təkcə elm adamları üçün deyil, hər kəs üçün vacibdir.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda məruzəsində multikulturalizmin Azərbaycan xalqının milli dəyərlər sistemindəki rolundan bəhs edib, ədəbi-bədii qaynaqlarda əksini tapmış multikultural dəyərlər haqqında ətraflı söhbət açıb.
“Naxçıvan abidələri Azərbaycan memarlıq elmində” adlı məruzə ilə çıxış edən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə vurğulayıb ki, Naxçıvan ərazisində dünya miqyaslı bir sıra tarixi-memarlıq abidələri mövcuddur. Onların hər biri Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirir. Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir.
Azərbaycan Tibb Universitetinin professoru, “Sağlam Nəsil” İctimai Birliyinin rəhbəri Nigar Kamilovanın “Azərbaycan Respublikasında məcburi köçkünlərin sağlamlıq faktorlarının kompleks tibbi-sosial müayinələri” adlı məruzəsində bu barədə dinləyicilərə ətraflı məlumat verilib.
AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, AMEA “Alimlər evi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova çıxış edərək ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin inkişafından, elm sahəsində əldə edilən nailiyyətlərin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, elmə göstərilən yüksək dövlət qayğısı bu gün müxtəlif elm sahələrinin populyarlaşmasına səbəb olub. Bu gün Azərbaycanda bir sıra sahələrlə yanaşı, elm də inkişaf edir, bu sahədə yeni-yeni nailiyyətlər qazanılır.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvan epi­qrafik abidələri Azərbaycan tarixinin mənbəyi kimi”, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Naxçıvanın arxeoloji abidələri”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “XX əsrin əvvəllərində böyük güclərin geosiyasi maraqlarında Naxçıvanın yeri”, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Kəngərlilərin orta əsr Naxçıvanının ictimai-siyasi həyatında rolu” mövzularında elmi-populyar məruzələri böyük maraqla qarşılanıb.
Məruzələr ətrafında geniş müzakirələr aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR