01 noy 11:17Oxunub: 429 |

“Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlamışdır

“Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlamışdır
“Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlamışdırMuxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması diqqətdə saxlanılır. Bu məqsədlə aqrar-sənaye kompleksi inkişaf etdirilir, daxili bazarın tələbatı yerli istehsal hesabına ödənilir. Hər il yeni müəssisələr fəaliyyətə başlayır, keyfiyyətli və rəqabətədavamlı məhsul istehsal olunur.

Oktyabrın 31-də “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal sahələri və anbarları istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Yerli istehsal müəssisələrinin fəaliyyəti yaxşı­laşdırılır, istehsal olunan məhsulların keyfiyyəti diqqətdə saxlanılır, daxili bazarın tələbatı ödənilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2016-cı ildə muxtar respublikada 23 yeni istehsal və xidmət sahəsi yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik edərək demişdir: “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında məqsəd muxtar respublikada istehsal olunan məhsulların daxili bazarda dövriyyəsini təmin etməkdən ibarətdir. Bu gün muxtar respublikada 150-dən çox qapalı və dövlət tərəfindən təminatı həyata keçirilən müəssisələr vardır. Bu müəssisələrin ərzaq məhsulları ilə təc­hizatının əsas hissəsi idxal hesabına həyata keçirilirdi. Lakin “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasından sonra qapalı müəssisələrin təminatının idxal hesabına ödənilməsinin qarşısı alınmış, bu müəssisələrin tələbatının tamamilə yerli məhsullar hesabına ödənilməsi təmin edilmişdir.
Ali Məclisin Sədri demişdir: Muxtar respublikada həyata keçirilən bu tədbirlər daxili bazarda yerli istehsalın həcminin artmasına, yeni iş yerlərinin yaradılmasına, dövlət vəsaitlərinin ölkə daxilində qalmasına və səmərəli istifadəsinə imkan verdi. Dövlət vəsaitinin ölkə daxilində dövr etməsi isə daxili bazarın qorunmasına və insanların rifahının yaxşılaşdırılmasına xidmət edir. Daxili bazarın və dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatların ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, muxtar respublikada istehsal olunan məhsulların Naxçıvan brendi ilə xarici bazarlara çıxarılması və tanıdılması müəssisənin qarşısında duran növbəti vəzifələrdir. Ona görə də müəssisədə fəaliyyət günün tələbləri səviyyəsində qurulmalı, keyfiyyətə ciddi diqqət yetirilməli, gələcəkdə tələbata uyğun yeni istehsal sahələri fəaliyyətə başlamalı və məhsulların ixrac imkanları genişləndirilməlidir.
Ali Məclisin Sədri demişdir: Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsullar öz keyfiyyəti ilə seçilir. Buna baxmayaraq, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehsal müəssisələrində keyfiyyətə daha ciddi nəzarət etməli, uşaq bağçaları, məktəblər, xəstəxanalar və digər qapalı müəssisələr yüksək keyfiyyət standartlarına malik yerli məhsullarla təmin edilməlidir. Dövlət Gömrük Komitəsi muxtar respublikada istehsal olunmayan məhsulların idxalını tələbata uyğun tənzimləməli, daxili bazar keyfiyyətsiz məhsullardan qorunmalıdır.
Ali Məclisin Sədri “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üçün bundan sonra da lazımi şəraitin yaradılacağını bildirmiş, kollektivə işlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş, müəssisədə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, müəssisənin ərazisində tikinti-quraşdırma işləri aparılmış, yeni avadanlıqlar, avtoyükləyici və yük avtomobilləri alınmışdır. Müəssisədə makaron istehsalı, bal, pendir və yabanı tərəvəz məhsullarının qablaşdırılması sahələri, müxtəlif temperatur rejimində və rütubətsiz şəraitdə fəaliyyət göstərən 4 soyuducu anbar, iş və xidmət otaqları yaradılmış, 50 yeni iş yeri açılmışdır. Soyuducu anbarlara tələbata uyğun kənd təsərrüfatı məhsulları tədarük olunmuşdur. İstehsal və qablaşdırma sahələrinin yaradılması muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və arıçılıq təsərrüfatlarında istehsalın həcminin artmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatların ərzaq məhsulları ilə təchizatının mövsümə uyğun olaraq tənzimlənməsi barədə tapşırıqlar vermişdir.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 946
XƏBƏR LENTİ

Reklam
Məzənnə