SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Güləş üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.

1-11-2016, 07:36 | Oxunub: 2 637 |

Güləş üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazir­liyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışda idmançılar 8 çəki dərəcəsində mübarizə aparıblar. Dünya Güləş Birliyinin mövcud qaydaları üzrə təşkil olunan birincilikdə 60-dan çox güləşçi 2 gün ərzində qalibləri müəyyənləşdirməyə çalışıb.
Birinciliyin yekun nəticəsinə əsasən, 57 kiloqram çəki dərəcəsində Murad Quliyev qalib adını qazanıb. 61 kiloqram çəki dərəcəsində isə Sadiq Səfərov bu ada layiq görülüb. 65 kiloqram çəki dərəcəsində Ural Hüseynov, 70 kiloqram çəki dərəcəsində Məhərrəm Quliyev birincilikdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 74 kiloqram çəki dərəcəsində Məzahir İsmayılov Yasin Quliyevə, 86 kiloqram çəki dərəcəsində Salam Qəribov Əli Muradova, 97 kiloqram çəki dərəcəsində Elməddin Abdullayev Röyal Nəcəfova qalib gələrək birinciliyin baş mükafatını qazanıblar. Ən ağır çəki dərəcəsində – 125 kiloqram çəki dərəcəsində isə Bahadur Əhmədov çətin görüşdə Salamullah İbrahimovu üstələməyi bacarıb.
Sonda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Güləş Federasiyasının hədiyyələri təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR