14 okt 10:13Oxunub: 373 |

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilir

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilirSədərək rayonunun Sədərək kənd 1 və 2 nömrəli tam orta məktəblərinin, uşaq bağçasının və inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ilk partiya təşkilatlarının birgə hesabat-seçki yığıncağı keçirilib. Hesabat-seçki yığıncağını giriş sözü ilə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.
Sonra ilk partiya təşkilatı sədrlərinin hesabatları dinlənilib. Bildirilib ki, Sədərək kəndi ölkəmizin sərhəd bölgələrindən biridir. Bu gün müasirliyə qovuşmuş Sədərək kəndi hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Son illər bu yaşayış məntəqəsində kompleks quruculuq tədbirləri həyata keçirilib. Kəndin və rayonun burada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarına müasir iş şəraiti yaradılıb, yeni inzibati binalar tikilərək istifadəyə verilib. Bütün bunlar kənd sakinlərinin sərhəd bölgəsində qurub-yaratmaq əzmini xeyli yüksəldib.
Vurğulanıb ki, partiyanın Proqram və Nizamnaməsini əlində rəhbər tutan 4 ilk partiya təşkilatı Yeni Azərbaycan Partiyasının avanqard rolunun daha da yüksəldilməsində fəallıq göstərir. İlk partiya təşkilatlarının qeydiyyatında duran Yeni Azərbaycan Partiyasının üzvləri burada həyata keçirilən tədbirlərdə fəallıq göstərir, kənd adamlarının ideya-siyasi cəhətdən maarifləndirilməsi üçün üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çalışırlar. Partiya sıralarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır, gənclərin və qadınların partiyada təmsilçiliyinə ciddi önəm verilir.

Hesabat-seçki yığıncağının iştirakçıları ilk partiya təşkilatları­nın birillik fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Sonra həmin ilk partiya təşkilatlarının Sədərək kənd ərazi ilk təşkilatında birləşdirilməsi məsələsinə baxılıb. Həmin məsələ səs çoxluğu ilə müsbət həllini tapıb.
Yığıncaqda 11 nəfər idarə heyətinin üzvü, ərazi ilk partiya təşkilatının sədri və 4 müavini, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının XI konfransına 13 nümayəndə seçilib.
Hesabat-seçki yığıncağına Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov yekun vurub.

* * *

Həmin gün Yeni Azərbaycan Partiyası Şərur rayon Dəmirçi kənd, Ordubad Rayon Mərkəzi Xəstəxanası, Culfa Rayon Dəmir Yolu ərazi ilk partiya təşkilatlarında da hesabat-seçki yığıncaqları keçirilib.
Yığıncaqlarda təşkilat sədrlərinin hesabat məruzələri dinlənilib, təşkilatların idarə heyətlərinin üzvləri, sədrləri, müavinləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının konfranslarına nümayəndələr seçilib.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1231
XƏBƏR LENTİ

Reklam
Məzənnə