22 in 19:14Oxunub: 624 |

“Qəbələ” yə Gürcüstan nəhəngi

“Qəbələ” yə Gürcüstan nəhəngi
Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə üz-üzə gələcək Tiflis “Dinamo”su Gürcüstanın ən tanınmış futbol klublarından sayılır. “EMTV.az”-ın Apasport.az- a istinadən verdiyi xəbərə görə, əsası 1925-ci ildə qoyulan klubun 90 yaşı var.

“Dinamo” SSRİ çempionatındakı nəticələri ilə də öyünə bilər. Təsadüfi deyil ki, paytaxt təmsilçisi ikisi “qızıl” olmaqla (1964 və 1978), 20 dəfə SSRİ birinciliyinin medalçısı adını qazanıb. Klub tarixi ərzində ən böyük uğurunu isə 1981-ci ildə əldə edib. “Dinamo” həmin il Kuboklar Kubokuna sahib çıxıb.

1990-cu ildə Gürcüstan klubları SSRİ çempionatını tərk etdikdən sonra “Dinamo”nun adı dəyişdirilərək, “İberiya” qoyulub. Lakin bir müddət keçdikdən sonra klub yenidən öz doğma adını daşımağa başlayıb.

Maraqlıdı ki, “Dinamo” tarixi ərzində ilk oyununu Azərbaycan klubuna qarşı keçirib. 1926-cı il, yanvarın 6-da baş tutan həmin görüşdə tiflislilərin rəqibi Bakı “Dinamo”su olub. Adaşların qarşılaşması bakılıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Gürcüstan çempionatındakı ilk görüşünü isə “Dinamo” “Kolxeti-1913” komandasına qarşı keçirib və maraqlıdı ki, həmin oyunu da tiflislilər 0:1 hesabı ilə uduzublar. Buna baxmayaraq, “Dinamo” həmin mövsümü çempion kimi bitirib.

Bu vaxta qədər 15 dəfə Gürcüstan çempionu adını qazanan “Dinamo” 4 dəfə gümüş mükafatla kifayətlənib. Tiflislilər həmçinin 11 dəfə Gürcüstan Kubokuna yiyələniblər.

Komandanın baş məşqçisi yerli mütəxəssis olan Kaxi Qoqiçaişvilidi. Heyətinin əsasını gürcülər təşkil edən “Dinamo”da legioner futbolçu barmaqla sayılacaq qədərdi. Komandada hazırkı məqamda 2 əcnəbi qərarlaşıb: slovakiyalı Libor Hrdliçka və braziliyalı Rene Santos.

“Dinamo” ev oyunlarını 54 min 549 azarkeş tutumuna malik Boris Payçadze adına “Dinamo-Arena”da keçirir. Əsası 1936-cı ildə gürcü arxitektor Qiya Kurdiani tərəfindən qoyulan stadion əvvəlcə 35 min tutuma malik olub. 1970-ci illərdə bu rəqəm 78 minə çatdırılsa da, 2006-cı ildəki yenidənqurma işlərindən sonra stadionun tutumu təxminən 55 minə endirilib.

Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1238
XƏBƏR LENTİ

Reklam
Məzənnə