SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakı Şəhər Baş Polis İdarəsi iki mindən çox polis əməkdaşının iştirakı ilə kompleks tədbirlər həyata keçirib

8-10-2016, 10:20 | Oxunub: 12 949 |

Bakı Şəhər Baş Polis İdarəsi iki mindən çox polis əməkdaşının iştirakı ilə kompleks tədbirlər həyata keçiribOktyabrın 7-də Bakı Şəhər Baş Polis İdarəsi ərazi polis orqanları ilə birlikdə paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, cinayətlərin qarşısının alınması və açılması, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə iki mindən çox əməkdaşı cəlb etməklə kompleks tədbirlər həyata keçirib.

Bakı Şəhər Baş Polis İdarəsindən Emtv.az-a bildiriblər ki, görülən tədbirlər nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə dörd nəfər tutulub, axtarışa elan olunmuş 29 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb. Eyni zamanda, küçə ticarəti ilə məşğul olduqlarına görə 225 vətəndaş barəsində müvafiq tədbir görülüb, 53 nəfər avara və dilənçiliklə, 2 nəfər isə fahişəliklə məşğul olduqlarına görə saxlanılıb, pasport rejimi qaydalarını pozmuş 1416 nəfər müəyyənləşdirilib. Həmçinin xırda xuliqanlıq törətdiklərinə görə 31, antisanitariya qaydalarını pozduqlarına görə 74, qanunsuz tikinti işləri aparan 2, reklam haqqında qanunvericiliyin tələblərini pozan 3, polisin qanuni tələblərinə qəsdən tabe olmayan 1 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tədbirlər görülüb.

Bundan əlavə, yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində Dövlət Yol Polisi Xidmətinin əməkdaşları tərəfindən paytaxt ərazisində ümumilikdə yol hərəkəti qaydalarını pozmuş 1565, onlardan kobud qayda pozuntusuna yol vermiş 223 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub. O cümlədən çoxavazlı səs siqnalı, səsboğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılmış 68 nəqliyyat vasitəsi müvəqqəti duracağa yerləşdirilib, ödənilməyən cərimələri olan 192 nəqliyyat vasitəsi aşkar edilib. Həmçinin 1 avtoxuliqan saxlanılıb, avtomaşını sərxoş halda idarə edən 40, eləcə də dayanma-durma qaydalarını pozmuş 395 sürücü və yolu müəyyən olunmamış yerdən keçən 504 piyada barəsində tədbirlər görülüb.

Paytaxt ərazisində xidmətin nümunəvi təşkili və aparılması, eləcə də hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR